İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 43 ____________________________
TƏHLÜKƏSİZLİK MODELLƏRİ
TƏHLÜKƏSİZLİK MODELİNİN TƏYİNATI VƏ
ANLAYIŞI
Sistemin formal şəkildə hazırlanmasında
əsas rolu
təhlükəsizlik modeli adlanan (daxilolmaların idarə edilməsi
modeli, təhlükəsizliyin siyasi modeli) model oynayır. Modelin
məqsədi cari sistemdə təhlükəsizlik baxımından
qoyulmuş
tələblərin ifadə edilməsidir. Model sistemə daxil olan
informasiya axınını və informasiyaya əlçatanlığın idarə edilmə
qanunlarını müəyyən edir.
Model sistemin xüsusiyyətlərini təhlil etməyə imkan verir.
Öndə qeyd edildiyi kimi model
formal olduğu üçün sistemin
müxtəlif təhlükəsizlik xüsusiyyətlərini sübut etməyə şərait
yaradır.
Təhlükəsizliyin təmin olunmasında istifadə olunan model
bu xüsusiyyətlərə malik olmalıdır:
abstraktlıq, sadəlik və
adekvatlıq.
AÇIQLAMA
:
Adekvatlıq –
analoji hallarda baş verən
eyni hərəkətlərin (rəftarın, əməlin) yerinə yetirilməsidir.
İnformasiya təhlükəsizliyi modelində istifadə olunan
əlçatanlığa müəyyən məhdudiyyətlər də qoyulur və bu
məhdudiyyətlər Rusiya Federasiyası
nəzdində fəaliyyət
göstərən Dövlər Texniki Komissiyası tərəfindən hazırlanmış
“İnformasiyaya qeyriqanuni əlçatanlığın müdafiə edilməsi”
sənədidir.