7.Şərt budaq cümləsi baş cümlənin ümumi məzmununa aid olub,baş cümlədəki
iş,hal-hərəkətin,hökmün asılı olduğu şərti bildirir.
Şərt budaq cümləsinin iki tipi vardır:
I tip.Baş cümlə əvvəl,budaq cümlə sonra işlənir.Baş cümlədə
bu şərtlə,o şərtlə,bir şərtlə,həmin şərtlə və s. qəlib sözləri olur.Budaq cümlə baş cümləyə
ki bağlayıcısı və
intonasiya ilə bağlanır.Məs.:
Belələrini o şərtlə bağışlamağa dəyər ki,Səftəri aradan götürməyə kömək etsinlər;Maşınlar bir şərtlə göndəririk ki,saat doqquz tamamda burada olsunlar.(C.Ə) II tip.Budaq cümlə əvvəl,baş cümlə sonra işlənir.İkinci tipin aşağıdakı növləri vardır:
1.Budaq cümlənin xəbərində
isə,-sa 2 əlamətləri,əvvəlində isə
əgər bağlayıcısı
işlənir.Məs.:
Əgər bir baxmaqla öyrənsəydi,it qəssab olardı.(atalar sözü);Əgər gözlədiyimiz adamdırsa,səs-küy də az olar.(Ə.B) 2. Budaq cümlənin xəbərində
isə,-sa 2 əlamətləri,əvvəlində isə
əgər bağlayıcısı
işlənir.Baş cümlədə
onda (bəzən
o vaxt,o zaman ) sözü də iştirak edir.Məs.:
Əgər elə oradan geriyə dönmək istəsələr,onda ayrı əlac yoxdur.(“Koroğlu”) 3.Budaq cümlənin xəbəri isə (-sa
2
) əlamətlərinə malik olub,ona bu vasitə ilə bağlanır.
Məs.:
Yolumuz uzun olsaydı,sizi həvəslə dinlərdim.(M.S.O) 4.Budaq cümlə baş cümləyə
hərgah bağlayıcısı və isə (-sa
2
) ilə bağlanır.Məs.:
Hərgah bərkə düşsən,xəbər ver.(Ə.V) 5.Budaq cümlə baş cümləyə -mı
4
ədatı ilə bağlanır.Məs.:
Yox,o bir söz dedimi,hər zaman unutmaz.(M.İ) 6.Budaq cümlə baş cümləyə
indi ki,madam ki,bir halda ki,baxma ki bağlayıcıları ilə
bağlanır.Məs.:
İndi ki oğluna yazığın gəlir,dur özün götür.(M.İ);Madam ki,sözü Nadirin özü açdı,daha Zərəfşan nə üçün sussun? (İ.H);Bir halda ki iş görülməmişdir,demək,hesabat verməyə də dəyməz;Baxma ki aramızda söhbət açılıb,qoyun bir sual da verim.(İ.Ə) 7.Budaq cümlənin daxilində
ki ədatı iştirak edir.Məs.:
Bura ki gəldin,hər şeyi bacarmalısan? (M.İ)