M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə54/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   50   51   52   53   54   55   56   57   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

Subsidiyalar 

yerli istehsalçılara iqtisadi vəziyyətlərini 
yaxşılaşdırmaq üçün dövlət tərəfindən edilən maddi yardımlardır. 
Dolayı himayəçilik vasitəsi olan belə yardımlar idxalı əvəz edən 
s
ənayedə və ixrac sahəsində fəaliyyət göstərən yerli firmalara 
verilir. Bu zaman r
əqabət qabiliyyəti zəif olan yerli firmaların 
yüksək təcrübə və texnikaya malik olan xarici firmalar 
210 


dan qorunması məqsədi güdülür. Subsidiyalar istehsalçı 
firmalara imkan verir ki, öz məhsullarını istehsal xərclərindən 
aşağı olan bir qiymətə sata bilsin. Yerli özəl təşəbbüsçülüyün 
inkişafına çalışan bütün dövlətlər strateji sahələrdə Çalışan 
firmalara bel
ə yardımlar edirlər. 
Subsidiyalar ödərriələri, adətən, ixracatçı firmanın məhsul 
istehsalına çəkdiyi həqiqi xərclə, bu məhsulun satış qiyməti 
arasındakı fərq, yaxud da hər bir mal vahidinə hökumət 
t
ərəfindən müəyyən edilmiş məbləğ qədər olur. Bu cür 
subsidiyaların hazır nr|bhsu!lara çevrilməsi QATT (Ümumdünya 
Ticar
ət Təşkilatı) tərəfindən qadağan olunmuşdur. Lakin 
dövlətlər bü məqsəd üçün dolayı yollardan istifadə edirlər. 
M
əsələn, hökumətlər ixracatçılara vergi güzəştləri edir, sığorta 
işində yardım edir və güzəştli kreditlər verirlər. Bundan başqa 
firmalara ucuz xammal alınmasında yardım edilir, yerli 
istehsalçıların bəzi malları dövlətlər tərəfindən yüksək qiymətlə 
satın alınır və onlar xarici bazarlarda ucuz qiymətə satılır 
(m
əsələn, ABŞ-da kənd təsərrüfatına yardım proqramı bu yolla 
h
əyata keçirilir). 
Az
ərbaycan Respublikasının iqtisadi potensialı onun 
xarici iqtisadi 
əlaqələrində həmişə mühüm rol oynayıb; Zəngin 
t
əbii sərvətləri, yüksək istehsal, elmi-texniki səviyyəsi, ixtisaslı 
işçi qüvvələri ölkəmizin inkişafı üçün geniş imkanlar yaradıb. 
T
əəssüf ki, bu sərvətlər illər boyu talan olunub, səmərəli istifadə 
olunmayıb. 
Respublikamız müstəqillik əldə etdikdən sonra onun 
iqtisadiyyatında əsaslı dəyişikliklər edilməsi, bu iqtisadiyyatın 
bazar münasibətlərinə keçməsi və beynəlxalq əmək bölgüsünün 
üstünlüklərindən səmərəli istifadə edilməsi məqsədilə dünya 
t
əsərrüfat sisteminə inteqrasiya etməsi tələb olunur. Həmin 
211 


sah
ədə Azərbaycanın xarici iqtisadi əlaqələri çox böyük rol 
oynayır. Belə əlaqələrin müvəffəqiyyətli və məqsədyönlü inkişafı 
üçün əsaslandınimış xarici iqtisadi siyasət yeridilməlidir. 
Xarici iqtisadi siyas
ət dedikdə, dövlət hakimiyyəti 
t
ərəfindən həyata keçirilən, xarici ölkələrlə iqtisadi əlaqələrin ən 
əlverişli inkişafına, iqtisadi və sosial-siyasi inkişafla əlaqədar 
strateji m
əsələləri həli etmək məqsədilə beynəlxalq əmək 
bölgüsündə 
ölkənin 
iştirakının 
genişləndirilməsinə 
v
ə 
d
ərinləşdiril- məsinə yönəldilmiş tədbirlər sistemi nəzərdə tutulur. 
Az
ərbaycan iqtisadiyyatını bürümüş dərin böhran xarici 
iqtisadi münasibətlərdən də yan keçməmişdir. Keçid dövrü 
şəraitində adekvat xarici iqtisadi fəaliyyət strategiyasının zəifliyi 
v
ə həmin sahədə buraxılan ciddi səhvlər vəziyyəti daha da 
g
ərginləşdirmişdir. 
Sovet İttifaqı dövründə xarici ölkələrlə hər hansı əlaqələr 
yalnız mərkəz vasitəsilə həyata keçirilirdi. Buna görə də. 
Az
ərbaycan xarici ticarət sahəsində müstəqil siyasət yeritmək 
imkanlarından məhrum idi. «Qapalı iqtisadiyyat» siyasəti 
respublikamızın dünya bazarına çıxışını məhdudlaşdırmışdı. 
Xarici iqtisadi f
əaliyyət sahəsindəki yanlış siyasət 
respublika istehsal potensialının zəifləməsinə, idxalın həcmcə, 
İxracın isə dəyərcə artımına gətirib çıxarmışdı. Mərkəz tərəfindən 
müəyyənləşdirilmiş ixrac planları həm müəssisələr, həm də 
ümumən respublika üçün ağır öhdəliyə çevrilmişdi. 
Yenid
ənqurma illərində aydın strateji məqsədlər olmadan 
xarici iqtisadi f
əaliyyətin «təkmilləşdiriiməsi»nə başlandı. Bu, 
n
əticə etibarilə həmin kompleksin keçid dövrünün xüsusiyyətinə 
müvafiq adekvat fəaliyyət sistemini yarada bilmədi, əksinə, 
mövcud sistemin dağıdılmasına gətirib çıxardı. 
212 


Xarici ticar
ətdə dövlət inhisarının ləğv edilməsi ilə yanaşı, 
peşəkar və səriştəli ticarət və kommersiya aparatı da əsassız 
olaraq dağıldı. Azərbaycanın xarici ticarət sistemində xaotik bir 
v
əziyyət 
yarandı. 
İdxal-ixrac 
əməliyyatlan 
ümümdövlət 
m
ənafeyinə deyil, ayrı-ayrı şəxslərin marağına uyğun olaraq 
yerin
ə yetirilirdi. Nəticədə Azərbaycanın iqtisadi mənafelərinə, 
onun dünya bazarlarındakı nüfuzuna ciddi ziyan dəydi. 
SSRİ kimi nəhəng bir dövlət dünya məhsulunun 20 faizini 
istehsal etdiyi halda, beyn
əlxalq ticarət dövriyyəsində onun 
xüsusi çəkisi 4 faizdən çox deyildi. 
Siyasi müstəqilliyin əldə edilməsi ilə respublikanın xarici 
iqtisadi 
əlaqələri də yeni mərhələyə qədəm qoyur. Əlbəttə, xarici 
iqtisadi siyas
ətin tam formalaşması üçün müəyyən vaxt və 
t
əcrübə lazım idi. Siyasi müstəqilliyin, suverenliyin qorunması və 
möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi geriliyin aradan 
qaldırılması, sənayenin inkişafı və əhalinin həyat səviyyəsinin 
yaxşılaşdırılması mühüm vəzifə kimi qarşıda durur. 
Son ill
ər dünya ölkələri ilə qarşılıqlı səmərəyə və hüquq 
b
ərabərliyinə əsaslanan iqtisadi əməkdaşlıq, tərəfdaşının daxili 
işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərə hörmətlə yanaşmaq 
prinsipl
ərini öz fəaliyyətində rəhbər tutan respubllkarriız 
beyn
əlxalq maliyyə və ticarət təşkilatlarında, özünün mənafe və 
ehtiyaclarına müvafiq saziş və konvensiyalarda fəal iştirak edir, 
öz valyuta və xarici ticarət sistemində dəyişikliklər aparır. 
Az
ərbaycanda idxalın strukturunun təhlili göstərir ki, 
ərzaq və heyvandarlıq məhsullarının idxalda xüsusi çəkisi 1995- 
cl ild
ə 41,5%-dən 2000-ci ildə 18,9%-ə enmiş, ixracda İsə 
Az
ərbaycanın ənənəvi ixrac məhsulu olan pambıq İxracı həmin 
dövr ərzində 18,3%-dən 0,1 %-ə enmişdir. Yaranmış bu vəzly- 
2)3 


y
ət özəlləşdirmədən sonra kənd təsərrüfatında istehsalın 
strukturunda 
baş 
verən 
d
əyişikliklərlə 
əlaqədardır. 
Özəlləşdirmədən əvvəl kənd təsərrüfatı dövlət tərəfindən 
t
ənzimlənirdi, ölkənin ixrac potensialının artırılması nəzərə 
alınaraq müəyyən olunurdu. Çatışmayan ərzaq məhsulları isə 
idxal olunurdu. Özəlləşdirmədən sonra kənd təsərrüfatı 
sektorunda mövcud olan təsərrüfatlar dağıldılar. Ona görə də, bu 
t
əsərrüfatlar əsasən ərzaq məhsulları istehsalına üstünlük 
verirl
ər, çünki bu məhsulların istehsalı başa çatdıqdan sonra 
d
ərhal daxili bazarda satmaq mümkündür. 
1995-cl ild
ə idxalın strukturunda ərzaq və heyvandarlıq 
m
əhsullan 41,5%, mineral məhsullar 15,1%, kimya sənayesi 
m
əhsullan 9,2%, metal və metal məmulatlan 6,3%, maşın, 
avadanlıq və mexanizmlər 12,4%, nəqliyyat vasitələri 5,5% təşkil 
etdiyi halda, 2002-cl ild
ə idxalın strukturunda əsaslı dəyişikliklər 
baş vermiş, ölkədə gedən iqtisadi islahatlar nəticəsində ərzaq və 
heyvandarlıq məhsulları artmış, nəticədə həmin məhsulların 
idxalı azalmış və idxalın strukturunda onun xüsusi çəkisi 14,3%- 
ə enmiş, mineral məhsullar 19,3% təşkil etmiş, metal və metal 
m
əmulatları 16,9%, maşın, avadanlıq və mexanizmlər 23,8%-ə, 
n
əqliyyat vasitələrinin xüsusi çəkisi isə 7,5%-ə enmişdir. 
2002-ci ild
ə idxal əməliyyatlarının həcmi xeyli artmış, 
onun strukturunda yüksək vergi və rüsumlu malların xüsusi 
çəkisinin aşağı düşməsi davam etmişdir. Belə ki, təhlil üzrə ərzaq 
m
əhsullannın xüsusi çəkisi 1995-ci ildəki 41,5%-dən, 14,3%-ə 
enmiş və müqayisə olunan dövrdə istehsal təyinatlı maşın, 
mexanizml
ər, avadanlıqlann xüsusi çəkisi isə 12,4%-dən 23,8% 
qalxmışdır. Bununla yanaşı vergi və rüsumların vergitutma 
bazası he 
2 1 4


sab edilm
əyən istehsal təyinatlı bəzi məhsullann xüsusi çəkisi də 
xeyli artmışdır. 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin