MÜKAFATLAR
162
AMEA-NIN AKADEMİK MİRƏSƏDULLA MİRQASIMOV ADINA
MÜKAFATI – A.Ə. NAMAZOVA
Azərbaycanda körpə və uşaqlarda ürək-damar
sistemi xəstəliklərinin yayılmasının tədqiqi, kliniki
xüsusiyyətlərinin aşkar edilməsi, terapevtik və cər-
rahi müalicə üsullarının sistemli tətbiqinə görə aka-
demik Adilə Əvəz qızı Namazovaya AMEA-nın
akademik Mirəsədulla Mirqasımov adına mükafata
layiq görülüb.
Akademik Adilə Namazovanın elmi fəaliyyə-
tinin əsas istiqamətini uşaqlarda kəskin revmatizm
zamanı ürək-qan damar sisteminin funksional və-
ziyyətinin öyrənilməsi, anadangəlmə ürək qüsur-
larının diaqnostikası, diferensial diaqnozu, belə qü-
surlar zamanı cərrahi əməliyyata göstəriş və əks-
göstərişin müəyyənləşdirilməsi problemləri, uşaq-
larda hipertoniya və hipotoniya xəstəliklərinin epi-
demiologiyasının, kliniki əlamətlərinin xüsusiyyət-
lərinin, təzahür formalarının, profilaktika və müa-
licə üsullarının işlənilib hazırlanması və səhiyyə
praktikasına tətbiqi təşkil edir.
A.Ə.Namazova 400-ə yaxın elmi əsərin, 32
monoqrafiya, dərslik və dərs vəsaitinin, 5 ixtiranın
müəllifidir. Çoxsaylı beynəlxalq konqres, qurultay
və simpoziumlarda elmi məruzələrlə iştirak etmiş,
dünyanın hər yerində Azərbaycan pediatriya elmin-
in ləyaqətli təmsilçisinə çevrilmiş, özünün elmi
məktəbini yaratmışdır.
Alimin rəhbərliyi altında 60-artıq tibb elmləri
namizədi və tibb elmləri doktoru hazırlanmışdır.
Akademik Adilə Namazova pediatriya sahə-
sində beynəlxalq aləmdə tanınmış alimdir. O, Azər-
baycan Respublikası Pediatrlar Assosiasiyasının
prezidenti, Ümumdünya və Avropa Pediatrlar As-
sosiasiyası idarə heyətinin üzvü, Türkdilli Ölkələrin
Pediatrlar Assosiasiyasının vitse-prezidenti kimi
yüksək vəzifələrdə çalışmışdır.
Dostları ilə paylaş: