II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
158
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
XƏZƏRNAZİKBARMAQGEKKONU ABŞERON YARIMADASININ
MÜASIR EKOLOJİ ŞƏRAİTİNDƏ
Ramin HƏŞİMOV
Azərbaycan Tibb Universiteti
raminhesimov@mail.ru
Əvvəlcə özünü təbiətdən qorumağa çalışan, sonra təbiət üzərində qələbə çalıb onu istədiyi kimi dəyişən insan, Abşeron
yarımadasında özünü ən güclü ekoloji amil kimi göstərir. Abşeron yarımadasında antropogen amillərin təsirinin nəticəsi
olaraq ekoloji şərait mütəmadi olaraq dəyişir. Xəzər nazikbarmaqgekkonu-Cyrtopodion caspius (Eichwald, 1831) təbii
şəraitdə yarımsəhralıqda olan qayalıqlarda, gizlənmək üçün yeri olan biotoplarda yayılmışdır. Abşeron yarımadasında xəzər
nazikbarmaqgekkonu hemisinantrop növdür. Bu növ yarımadada yeni tikilmiş binaların üzərində, köhnə binaların divarla-
rında olan çatlarda, üzəri örtülü damlarda, toyuq hinlərinin içində, tövlələrdə, hasarların üzərində olan çatlarda, daş yığınları
arasında, kanalizasiya çuxurlarında, quyuların içində, tülkü yuvalarında, köhnə qəbir daşlarının arasında, çardağlarda rast
gəlinir. Yarımadada C.c.caspius (Eichwald, 1831) yarımnövü yayılıb. Hal-hazırda bu kərtənkələyə yalnız böyük şəhərlərin
(Bakı və Sumqayıt) mərkəzlərində rast gəlinmir. Xəzər dənizində olan adalarda C.c. insularis yarımnövü də yaşayır.
Xəzər nazikbarmaqgekkonunun aylar üzrə aktivliyini müəyyən etmək üçün 2008-2012-ci illərdə ekspedisiyalar zamanı
müşahidə edilmiş 679 baş və müəllifin 2012-ci ildə daim müşahidə edə bildiyi 2 stasianarda olan 16 baş (I stasianarda 7 baş,
II stasianarda 9 baş) gekkonun saatlar üzrə sığınacaqdan kənarda rast gəlinmə vaxtları araşdırılmışdır. Mart ayında havanın
hələ də soyuq olması ilə əlaqədar olaraq yalnız günün isti vaxtında müşahidə edilir. Aprel ayının I yarısında havaların
hələdə soyuq olduğu üçün yalnız günorta vaxtı müşahidə olunur. Aprel ayının II yarısından etibarən axşamlar da
sığınacaqdan kənarda müşahidə edilməyə başlayır. Əgər gekkon bu ayda axşam ov edibsə səhər gün günəş altında qızınır.
Xəzər nazikbarmaqgekkonunun ən aktiv olduğu vaxtlar may ayının sonu və iyun ayında olur. Bu aylardan başlayaraq onlar
axşamlar sığınacaqları daha intensiv tərk edirlər. İyul ayından etibarən, təbii şəraitdə, xəzər nazikbarmaqgekkonuna
axşamlar rast gəlmək olur. Sentyabr ayından etibarən onlar sığınacaqlarını daha az tərk edirlər və qış yuxusuna getməyə
hazırlaşırlar. Oktyabr ayında çox nadir hallarda görsənirlər.
Xəzər nazikbarmaqgekkonunun təbii düşmənləri Şneyder uzunayaqlısı, levantiya irigürzəsi, çökəksifət kələzilanı,
zeytuni yastıbaştəlxə, iri vəhşi quşlar, ev toyuqları, pişiklərdir. Təbii düşmənlərdən qorunmaq və qida rəqabətini azaltmaq
üçün əsasən gecə vaxtlarında fəal olmaq uyğunlaşması qazanıblar. Abşeron yarımadasında autotomiyalı gekkonlar nisbətən
çox rast gəlinir. Belə ki, müşahidə edilmiş hər 8/9-cu baş gekkonun quyruğu ya qopmuş ya da qopub autotomiya etmiş
vəziyyətdə olur. Autotomiya etmiş quyruq əvvəlki quyruqdan kiçik amma nisbətən qalın olur. Ölmüş 7 ədəd xəzər
nazikbarmaqgekkonun quyruğunu dartıb qoparmağa çalışılmışdır. Amma quyruğun çox çətinliklə qırıldığı müşahidə
edilmişdir. Buradan nəticəyə gəlmək olur ki, autotomiya hadisəsi quyruqda müəyyən ağrı baş verdikdə və güclü
həyəcanlanma zamanı baş verir.
Hal hazırda xəzər nazikbarmaqgekkonun ərazisinin genişlənməyinə baxmayaraq müəyyən sahə vahidində olan sıxlığı
artmamış, hətta azalmışdır. Qayalıqlar üzərində olan sıxlığı 10 m
2
-da 12-15 baş göstərilirdisə, eyni biotopda müəllifin
müşahidələri zamanı 10 m
2
sahədə üç dəfə az 4-5 baş gekkon qeyd edilmişdir. Antropogen ərazilərdə hər 100 m
2
sahədə 5-6
baş məskunlaşır.
Dostları ilə paylaş: