Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə259/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   255   256   257   258   259   260   261   262   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

155 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

BÖYÜK QAFQAZIN CƏNUB ƏTƏKLƏRİNDƏ  

MEŞƏ SİÇANININ(APODEMUS SYLVATICUS L. 1758) BƏZİ  MORFOEKOLOJU 

XÜSUSİYYƏTLƏRİ 

Qumru Hüseynova 

Azərbaycan Tibb Universiteti 



canbaxish@gmail.com 

Azərbaycanda müstəqillik əldə olunduqdan sonra bir çox mütərəqqi dəyişilmələr baş verir. İlk növbədə urbanizasiya ilə 

əlaqədar olaraq regionllarda yeni-yeni yaşayış massivləri, istirahət və  məişət obyekləri,  idman qurğuları tikilir, yollar və 

komunukasiya xətləri salınır, idman yarışları keçirilir, dünya səviyyəsində mədəni kütləvi forumlar keçirilir. Digər tərəfdən isə 

respublikamıza hər il güclü turist axını müşayət  olunur. Bütün bunlara uyğun olaraq istər yerli əhalinin və istərsədə turistlərin 

sağlamlıgını qorumaq üçün həmin ərazilərdə yaşayan və bir çox xəstəliklərin daşıyıcısı olan gəmiricilərin hərtərəfli öyrənilməsi 

zərurəti meydana çıxır.  Əhalinin nisbətətn sıx olan  və turistlərin daha çox meyl göstərdiyi regionlardan biri də 

respublikamızın  Şimali qərb bölgəsidir. Buranın həm təbii iqlim şəraiti, həmdə flora və faunası çox zəngindir. Yuxarıda 

göstərilənləri nəzərə alaraq Azərbaycanın Böyük qafqaz dağlarının cənub  ətəklərində geniş yayılan meşə siçanlarının 

bioekoloji və morfoloji xüsusiyyətlərini öyrənməyi qarşıya məqsəd qoyduq. Tədqiqat obyektimiz olan meşə siçanı Balakən 

rayonundan başlayaraq Qobustanadək geniş bir ərazidə yayılıbdır.  İnsanlarla və onlarla daimi təmasda olan digər vəhşi 

heyvanlarla eyni biotopda yaşadığından bir çox xəstəliklərin yayılmasında, dolayısı yolla insanlara yoluxmasında mühümm rol 

oynadığından öyrənilməsi vacibdir və günün tələbinə müvafiq olduğundan daha aktualdır. 

Meşə siçanı Respublnkamızın faunasının  əsas və daimi nümayəndəsi olmasına baxmayaraq onun morfoekoloji xüsu-

siyyətləri hələ lazımi səviyyədə  öyrənilməyib. Xüsusi qeyd etməliyik ki, meşə siçanın  bəzi bioloji xüsusiyyətləri  ötən əsrin 

ikinci yarısında vətən alimləri X.M.Ələkbərov S.N. Erofoyeva və  Ş.B.Əliyeva (1965,1966,1975) tərəfindən öyrənilib. Bu 

tədqiqatlardan artıq 40-50 il kecib, ona görə də növün yenidən təftiş olunması zərurəti meydana çıxır. Bütün bunları nəzərə 

alaraq biz respublikamızın  Şimali-şərq bölgəsində meşə siçanının morfoekoloji xüsusiyyətlərini öyrənməyi qarşıya məqsəd 

qoyduq. Bunun üçün həmin bölgəyə 2012-2013-cü illərdə ekspedisiyalar təşkil etdik və  42 ədəd meşə sicanı tutduq. Siçanlar 

“Qero” tipli tələlrlə tutlaraq 5% formalində fiksə olunub, daha sonra isə onlar üzərində laboratorya şəraitində morfometrik 

analizlər aparılıb. Növün təyinində indikator rolunu oynayan bədənin, quyruğun, kəllənin, ətrafların və digər  xarakter ölçülər 

kötürülüb. 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, respublikamızın Şimsli-qərb bolgəsində rast gəlinən meşə siçanlarının 

ümumi bədən uzunluğu 71-107  mm (M=93,8), quyruq uzunluğu isə  65- 110 mm (M=91,2), arxa ətrafın uzunluğu 13,9-25,1 

mm (M=22,6), ön ətrafın uzunluğu 11,2-20,5 mm (M=19,3), kəllənin ümumi uzunluğu 24,4-29,1mm (M=26,2), qulaqların 

hündürlüyü  12,1-16,5 mm (M=15,6) arasında dəyişir, kütləsi isə 15,8- 30,6 (M=21) qram arasında dəyişir. Böyük qafqaz 

dağlarının cənub ətəklərində meşə siçanın yayılması şaqulu vertiqallığa tabedir, populyasiyada say dinamikasının dəyişməsi isə 

dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca azalma istiqamətində gedir. Bu ilk növbədə meşə zolağının alp və subalp çəmənlik 

massivinə keçməsi,  qida mənbəyinin azalması və temperaturanın aşağı düşməsi ilə əlaqədardır. Lakin,  bu gəmiricilərin saynın 

artıb-azalmasına onların təbii düşmənlərinin  qidalanmasından,başqa sözlə  sıxlığından və  qış  fəslinin  şaxtalı olmasından da 

asılıdır. Son illər meşə siçanları insanlar məskunlaşan dağətəyi yaşayış  məntəqələrinin  əhatəsində  və istirahət və iayişə 

obyektləri ətrafında daha çox rast gəlinir. Buna qida faktoru öz təsirini göstərir. Meşə siçanın düzənlik, dağətəyi və yüksək 

dağlıq qurşaqlarından toplanmış  fərdlərinin ayrı-ayrı morfometrik ölçüləri heç də üst-üstə düşmür, yəni müəyyən qədər 

kənarlanmalar müşayət olunur. Fikrimizcə buna səbəb həmin heyvanların müxtəlif biotoplarda yaşaması, biosenozun qida 

zəncirindəki aktivlik dərəcəsi və mühitə uyğunlaşmaları ilə  əlaqədar olar. Meşə siçanının xəzinin rəngi, tutulduğu  ərazinin 

mühit rəngi ilə müsbət korrelyativ əlaqədardır, döş nahiyyəsində olan tünd ləkə isə heç də hamısında rast gəlinmir, burada həm 

cinsi dimorfizm, həm də heyvanın yaşı əhəmiyyət kəsb edir. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin