Microsoft Word Materiallar Full


ULTRASƏS DALĞALARININ ALINMASI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə78/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   74   75   76   77   78   79   80   81   ...   1149
ULTRASƏS DALĞALARININ ALINMASI 

Hüseyn ƏLIYEV 

Azərbaycan Dövlət Neft Akademiyası 



aliyevhuseyn95@gmail.com 

AZƏRBAYCAN 

 

 

 



Bizi  əhatə edən  ətraf mühitdə insanlarda səs duyğusu yaradan müxtəlif dalğalar vardır. Bu dalğalar səs dalğaları 

adlanır. Qeyd edək ki, insan yalnız tezliyi 20-20000 Hs intervalında olan dalğaları eşidə bilir. Lakin təbiətdə tezliyi 20000 

Hs-dən böyük olan və 20 Hs-dən kiçik olan dalğalar da vardır. Tezliyi 20000 Hs ilə 1GHs arasında olan dalğalara ultrasəs 

dalğaları deyilir. Ultrasəs dalğaları müəyyən qurğularla insan tərəfindən yaradılır. Təbii  şəkildə balinalar və yarasalar 

ultrasəs dalğalarından istifadə edirlər. Bu dalğalar sənayedə və tibbdə çox geniş tətbiq sahəsinə malikdir. Ultrasəs dalğaları 

vasitəsilə nəhəng dəzgah avadanlıqlarında olan defektləri aşkar etməklə onları aradan qaldırmaq olur. Bu əsasda qurulmuş 

cihazlara defektoskoplar, üsulun özünə isə defektoskopiya üsulu deyilir. Defektoskopiya üsulu ilə dəmir yollarında, təyyarə 

mühərriklərində, maşınqayırmada, neft avadanlıqlarında və s. kimi iş proseslərində yaranan defektlər vaxtında aşkar edilir. 

Möhkəm metalların doğranmasında və  xırdalanmasında, dəzgah və avadanlıqların yağdan təmizlənməsində, qaynaq 

işlərində, neft sənayesində ultrasəs dalğaları geniş  tətbiq olunur. Ultrasəs dalğaları  təbabətdə müayinədə (rentgen 

şüalarından daha zərərsizdir)və müalicədə də istifadə olunur.Stomologiyada, göz xəstəliklərində, qaraciyər xəstəliklərində, 

böyrək t qırılmasında və bir sıra başqa cərrahiyə əməliyyatlarında ultrasəs dalğasından istifadə olunur. 

Ultrasəs dalğalarının alınmasının iki üsulu vardır: Pyezoelektrik xassəyə malik kristalların köməyi ilə  və 

Maqnitostriksiya üsulu ilə . 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin