Microsoft Word Materiallar Full


MIOMODULIN A MOLEKULUNUN [MESer3], [MEMet4] VƏ [MEArg6]



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə88/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   84   85   86   87   88   89   90   91   ...   1149
MIOMODULIN A MOLEKULUNUN [MESer3], [MEMet4] VƏ [MEArg6]      

ANALOQLARININ QURULUŞ – FUNKSİYA ƏLAQƏLƏRİ 

 

Leyla AĞAYEVA

 

Qafqaz Universiteti 



leylanamig@mail.ru 

AZƏRBAYCAN 

 

Biomolekullarin quruluş və quruluş-funksiya tədqiqatlarında düz və tərs quruluş məsələsi adlanan iki növ məsələ həll 



olunur. Düz quruluş məsələsində məlum aminturşu ardıcilligina əsasən molekulun fəza quruluşu təyin olunur. Bu məsələnin 

həllindən sonra molekulun stabil konformasiyalari yıgımı  və konformasiya imkanlari məlum olur. Tərs quruluş  məsələsi 

ondan ibarətdir ki, tədqiq olunan molekulun elə analoqları sintez üçün təklif olunsun ki,onların hamısının birlikdə  fəza 

quruluşları  təbii molekulun stabil konformasıyalarinin yığımını versin. Digər tərəfdən təbii molekulun sintetik analoqları 

seçiləndə aşağıdakı şərtlər nəzərə alınmalıdır: birinci,elə analoq sintez üçün təklif olunmalıdır təbii molekulun fizoloji fəal 

funksiyalarından bir və ya bir neçəsini yerinə yetirə bilsin; ikincisi,elə analoqlar sintez üçün təklif olunmalıdır ki, onlar 

fermentlərin təsirinə qarşı davamlı olsunlar; üçüncüsü, elə analoqlar olmalıdır ki, özlərinin fədəf hüceyrələrinə nüfuz edə 

bilsin. 


Bu işdə miomodulin A molekulunun metilləşdirilmiş analoqları  tədqiq olunmuşdur. Məlumdur ki, metilləşdirilmiş 

aminturşuları maraqlı konformasiya xüsusiyyətlərinə malik olurlar. Azot atomuna metil qrupu birləşdikdə aminturşu 

qalığınn özünün və ondan əvvəlki aminturşu qalığının əsas zəncirinin konformasiya sərbəstliyinə ciddi təsir edir.Aminturşu 

qalığının özünün R oblastı qadağan olunmuş olur, B oblastı isə enerjisinə  və sahəsinə gorə L oblastına ekvivalent olur. 

Metilləşdirilmiş aminturşu qalığından  əvvəl gələn aminturşu qalığının  əsas zəncirinin R formasının konrormasiyaları isə 

yüksəkenerjili olurlar. Buna görə də peptid zəncirə metilləşdirilmiş L-aminturşu qalıqlarının daxil edilməsi eyni zamanda iki 

aminturşu qalığının əsas zəncirlərinin R formalarının konformasiyalarını yüksəkenerjili edir. 

Miomodulinlər molekulları neyropeptidlər fəsiləsinə aiddirlər. Onlar neyrotransmitterlərin köməyi ilə neyronların və 

membran cərəyanlarının həyəcanlaşmasına modullaşdırıcı təsir göstərir. Miomodulin həm də K

+

, Ca



++

 ionlarının daşınması 

üçün müxtəlif ion kanallarını modullaşdırır, sensor neyronlarının elektrofizioloji xassələrinə tormozlaşdırıcı təsir göstərir [1-




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin