Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə895/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   891   892   893   894   895   896   897   898   ...   1149
 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

505 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

“KİTABİ-DƏDƏ QORQUD” DASTANININ ƏRƏB DİLINƏ                                             

TƏRCÜMƏSİ VƏ ƏRƏB HƏRFLƏRİNİN ÇƏTİNLİKLƏRİ 

 

Fekri ALSHAWERİ 

QafqazUniversity 



alshawerifekri@gmail.com 

Ibb/YEMEN 



 

Ərəb dili Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. BMT-nin 6 rəsmi və  işlək dilindən biridir. 

Zəngin samit sisteminə malikdir. Sadə sait sistemi mövcuddur. Söz sırası adəti üzrə belədir: XMT (xəbər-mübtəda-

tamamlıq).   

Ərəb dili filektiv dillərə mənsubdur. Hər bir ilk qramatik forma əksər halda üç, bəzən də dörd samitdən ibarət olan 

kökə istinad edir. Kökdən daxili fileksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. (Məsələn: kataba) 

İsim, sifət, say kimi ad qruplu sözlərin yalnız adlıq, yiyəlik və təsirlik halları, əsasən üçhallı və ikihallı olmaq üzrə 

iki növ hallanması, iki qramatik cinsi (müzəkkər və müənnəs) və üç qramatik sayı (tək, təsniyə və cəm) vardır. 

Bildiyiniz kimi “Kitabi-Dədəm Qorqud” dastanının orfoqrafiyası da “ərəb imla üsulu”nun normalarına uyğun 

yazılmışdır.    Çünki  ərəb  əlifbası VII əsrdən etibarən artıq türk xalqları arasında yayılmağa başlamışdır və bu 

Azərbaycan dilinin yazı sisteminə  də öz təsirini göstərmişdir. Lakin ərəb  əlifbasının türk xalqları arasında geniş 

yayılmasına baxmayaraq, həmin  əlifba türk dillərinin “fonetik quruluş”unu tam olaraq əks etdirə bilmirdi. Çünki 

Azərbaycan türkcəsi ümumxalq dilinin yazı vasitəsində sait səsləri ifadə etmək üçün ərəb əlifbasında olduğu kimi, əsasən 

üç hərfdən, yəni “əlif” “أ”, “vav” “و” və “yə” “ى” hərflərindən və  şərti  əlamətlərdən-“hərəkələrdən” istifadə olunurdu. 

Həmin üç hərf və şərti əlamətlər Azərbaycan dilində hər hansı bir fikri sərbəst ifadə etmək üçün yetərli qəbul edilmir. Bu 

səbəbdən dastanın dilindəki “fonetik uyuşmalar” yazıda tam şəkildə  əks etdirilmirdi.  Ona görə  də,  əski  əlifba ilə 

yazılmış orta əsrlər dövrü abidələrini nəinki başqa dilə çevirəndə, hətta Azərbaycan dilinədə oxuduğumuz zaman bir sıra 

çətinliklərlə səbəb olur. 

Araşdırmalar dastanda cəmi 350 ərəb və 136 fars mənşəli sözün olduğunu göstərir. Qalan sözlər isə türk dillərinə 

məxsusdur. 

Aparılan təxmini hesablamalara görə, dastandakı insan adlarının 85 faizi Azərbaycan dilində, 9 faizi fars, 6 faizi isə 

ərəbcədir. Bəzi statisik hesablamalara görə isə, dastandakı insan adlarından 50-si türk, 24-ü ərəb, və 2-si fars mənşəlidir. 

Bu əsər ərəb dilinə tərcümə edilərək "Hekayət  Dədə Qorqut" adı altında İraqda çap edilmişdir. (Bağdad, 2007, 264 

s.). Kitaba ön sözü Dr. Əbdüllətif Bəndəroğlu yazmışdır.  Əsəri  ərəb dilinə  İraqda və Türkiyədə  tərcüməçi, tədqiqatçı, 

eləcə də yazıçı kimi tanınan Cəlal Polad tərcümə etmiş, ona maraqlı və çox geniş giriş məqaləsi yazmışdır. 

Biz inanırıq ki, Kitabi Dədə Qorqud dastanı dünyanın bütün dillərinə tərcümə ediləcək və digər millətlər tərəfindən 

də oxunacaqdır.  


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   891   892   893   894   895   896   897   898   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin