Neogen çöküntülər kompleksinin sululuğu . Neogen çöküntülər kompleksində nisbətən sabit sululuğa
malik pont mərtəbəsinin süxurlarıdır. Pont mərtəbəsinin sululuğu əhəngdaşları ilə əlaqədardır. Bu çöküntülər
Şamaxı rayonunun şimal və şimal – qərb hissələrində daha çox yayılmışdır. Pont mərtəbəsinin çöküntüləri ilə
əlaqədar olan bulaqlara Kərkəc və Muğanlı kəndləri ərazilərində rast gəlinmişdir. Bu bulaqlardan götürülmüş
su nümunələrinin kimyəvi analizi bunların sulfatlı – hidrokarbonatlı kalsiumlu maqneziumlu və natriumlu
tipinə aid olmasını göstərir. Suların ümumi minerallaşması 0,4 – 3,5 q/l arasında dəyişir. Ayrı – ayrı bulaqlarda
aparılan ölçmələr bu buların debitinin 1,2 – 4,5 l/san arasında dəyişdiyini göstərir.
Qrunt suları . Ərazidə Dördüncü dövr çöküntülərində qrunt suları sporadik olaraq çayların yataqaltı allüvial
çöküntülərində, elüvial – delüvial və delüvial – prolüvial çöküntülərində yayılmışdır. Tədqiqatlar nəticəsində müəyyən
edilmişdir ki, qrunt suları əsasən atmosfer çöküntülərinin fəal dövr etdiyi 30 m – dək dərinlikdə yayılmışdır. Qrunt
sularının səviyyəsinin yatma dərinliyi müxtəlif olaraq 4,3 – 13,5 m arasındadır.
Şamaxı platosunun şimal – qərb yamaclarında çoxlu sayda qrunt suları ilə əlaqədar olan bulaqlara rast
gəlinmişdir. Bu bulaqların sərfi ən çox halda 0,1 – 0,2 l/san təşkil edir. Allüvial çöküntülərin qrunt suları
Pirsaatçayın yataqaltı allüvial qatında yayılmışdır. Allüvial çöküntülərin qalınlığı bir neçə metrdən 60,0 – 70,0
m - ə qədərdir. Bəzi yerlərdə Pirsaatçayın allüvial çöküntülərinin yayılma sahələrinin eni 3,0 km - ə qədər çatır.
Allüvial çöküntülərin litoloji kəsilişi çaqıl – çınqıl, qum, qumca, gilcə laylarının növbələşməsindən ibarətdir.
Çaqılların doldurucuları qum, qumca və gilcələrdən ibarətdir.
Allüvial çöküntülərində qrunt suları bulaqlar şəklində yer səthinə çıxırlar. Belə bulaqların sərfi 10,0 l/san
– dən artıq olur və adətən 1,0 – 3,0 l/san arasındadır. Bəzi sahələrdə allüvial çöküntülərdə sulu layların qalınlığı
15,0 – 37,0 m arasında dəyişir. Çox yerlərdə isə bu qalınlıq 1,0 - 3,0 m – dən çox deyildir. Susaxlayan
süxurlarda süzülmə əmsalı 1,0 – 10,0 m/gün arasındadır. Suyun minerallaşma dərəcəsi 0,5 – 0,75 q/l, kimyəvi
tərkibi əsasən hidrokarbonatlıdır.
Alüvial – prolüvial çöküntülərlə əlaqədar olan sulu horizontların süzülmə əmsallarının qiyməti çay
yatağının kəskin şəkildə meandrlaşması ilə əlaqədar olan iki – üç və daha çox müxtəlif litoloji tərkibli layların
yatım şəraitindən və qalınlığından asılı olaraq müxtəlif olur. Layların kəsilişində bu cür növbələşməsi
yuxarıdan aşağıya doğru kobud dənəli qumların xırda və incə dənəli qumlarla əvəz olunmasına gətirib çıxarır.
Çay yatağının alüvial çöküntüləri toz fraksiyası ilə zəngin olan doyma materialları ilə örtülür. Poymaüstü
aşağı terraslarda çaqıllı – çınqıllı gil və gilcə dolduruculu qrunt sularının dövr etdiyi çöküntülərin süzülmə
əmsallarının qiyməti süzülmə əmsallarının və bununla əlaqədar olaraq bu çöküntülərə qazılm hidrogeoloji
quyuların debitlərinin kəskin şəkildə dəyişməsi çay vadisində getmiş kalmatasiya hadisəsi ilə əlaqədardır.
Terraslarda qrunt sularının səviyyəsi müxtəlif dərinliklərdə yatımı 3,5 m – dən 8 – 10 və daha çox metrə
qədər təşkil edir. Çay yatağından yamaclara doğru getdikcə qrunt sularının yatma dərinliyi qanunauyğun
olaraq artır. Daha doğrusu aşağı poymaüstü terraslarda qrunt sularının yatma dərinliyi 2 – 3 m, vadinin
yamaclarında isə bu dərinlik 8 – 10 m daha çox olur. Qrunt sularının qidalanması əsasən yerüstü su axımlardan
olan infiltrasiya hesabınadır.
Elüvial – delüvial çöküntülərdə qrunt suları məhdud sahələrdə sporadik yayılmaya malikdir. Onlara
yüksəkliklərin yastı yamaclarında rast gəlinir. Elüvial – delüvial çöküntülərinin qalınlığı 1,0 – 3,0 m – dir.
Nadir hallarda onların qalınlığı 15,0 – 20,0 m - ə çatır. Litoloji tərkibi ərazidə yayılan çöküntülərin aşınma
materiallarından təşkil olunmuşdur. Litoloji kəsilişdə gilcə, qumca, qum daha geniş yayılmışdır. Bəzi yerlərdə