322
krallığın ən yaxşı və ən gözəl kişiləri arasından
seçilən və onun şəxsi
mühafizəçiləri kimi fəaliyyət göstərən qorçilər adlanan beş min nəfər
əsgərin haqqını verir. Hətta bunların da haqqını pulla ödəmir.Geyim və
at verir. Onun nəzərincə, onların məvacibinin əvəzində əlverişli olan nə
isə qiymətli bir şeyi də oraya əlavə edir”
156
.
Göstərilənlərlə yanaşı, vəzifəli şəxslərin mükafatlandırılmasının
geniş yayılmış forması ənənəvi “bəxşiş” (rüsum) yığımları idi. Rüsum
yığımları vassallardan və vilayətlərdən icbari qaydada, istər natura ilə,
istərsə də pulla, çoxlu hədiyyələrdən (peşkəş) tutulan faizlər şəklində
mövcud idi
157
. Sarayda hətta xüsusi olaraq fəaliyyət göstərən məmur-
peşkəş-nəvis bu hədiyyələri ayrıca kitabda qeydə alır, onların qiymətini
müəyyən edirdi. Qəti qərarlaşmış qaydaya görə, şaha hər hansı hədiyyə
(peşkəş) göstərən şəxs şaha (yaxud xəzinəyə) əlavə olaraq öz
hədiyyəsinin dəyərinin müəyyən faizini də pulla ödəməli idi. Əgər peşkəş
verən tərəf şah olardısa, hədiyyəni qəbul
edən şəxs şaha müəyyən
məbləğdə pul verməli olurdu
158
. Sonra bu yolla toplanmış pullar mərkəzi
aparatın müxtəlif məmurları arasında bölüşdürülürdü.
V.F.Minorski göstərir ki, “Təzkirət”ə əsasən məvacibdən əlavə
Səfəvilər dövründə dövlət aparatının müxtəlif həlqələrinin xeyrinə təsis
edilmiş mükafatlandırmaların, “bəxşişlərin” (rüsum, düşüllük) mürəkkəb
sistemi də mövcud idi. Onlar ya şaha və xəzinəyə ödənişlərdən tutulan
məbləğin, ya da şaha bəxşiş verilmiş hədiyyələrin dəyərinə edilən
əlavənin müəyyən
faizini təşkil edirdilər
159
.
V.F.Minorskiyə görə, “düşüllük” istilahı türkcə “düşül” (“düş –
“yıxılmaq, enmək” sözündəndir) ismindən və “lük” şəkilçisindən ibarət
olub “mənzildə yerləşdirmə”, “yerləşmə” anlamını verir. Mümkün ola
bilən digər oxunma variantı “döşə” felindən olan “döşəl” sözü ilə
əlaqələndirilir (“xalını, döşəyi sərmək, döşəmək”)
160
. Fikrimizcə, bunun
daha dəqiq anlamını V.V.Radlovun lüğətində tapırıq. Burada “düş”
felinin anlamlarından biri “almaq (pul)” kimi verilmişdir
161
. Beləliklə,
“düşüllük” istilahının teniki anlamı “pul almaq”, “bəxşiş” deməkdir.
Yaqub Ağqoyunlunun 1488-ci il tarixli fərmanında adı çəkilən bu
323
istilahın iki müxtəlif növü qeyd olunur: “hökmi”,
yəni xüsusi fərmanla
müəyyən edilən və “istisvabi”, yəni “vəzifəyə əlavə edilmiş”
162
. İstilaha
digər feodal vergi və vəzifələri sırasında da I Şah Təhmasibin 1525-ci il
tarixli fərmanında “düşüllük-i ərkan-i dövlət”, yəni “dövlətin ali
şəxslərinin xeyrinə düşüllük” formasında təsadüf edilir
163
.
Narrativ mənbələrdə də bu özünəməxsus feodal mükəlləfiyyətinin
adı çəkilir və bu XVI əsrdə onun xarakterini açmağa kömək edir
164
. Qazi
Əhmədin məlumatına görə, 1578-ci ilin sonunda Şirvandan qayıdan şah
qvardiyaçıları – qorçilər xəzinə təxsisatları üzrə vergiləri toplaya
bilməmişdilər. Onlar maliyyə idarəsinə gəlmiş və ödəmə qabiliyyəti olan
digər vilayətlərə təxsisatlar verilməsini tələb etmişdilər. Eyni zamanda
tələb edilmişdi ki, xəzinə tərəfindən tutulmuş pul (düşüllük) onlara
qaytarılmalıdır. Çünki onlar təxsisatları alarkən hər 100 tümən gəlir üçün
vəzifəli şəxslərin xeyrinə 10 tümən (düşüllük)
vermişlər
165
. Bu
məlumatdan görünür ki, həmin halda “düşüllük” gəlirdən tutulan
verginin 10%-ni təşkil etmişdir.
Az bəlli olan bu vergini səciyyələndirmək üçün “Təzkirət”də də
məlumatlar vardır. Burada göstərilir ki, kiçik möhür mühafizəçisinin
(“möhrdar-i möhr-i şərəf nifaz) bir tüməndən, yəni 110 min dinardan
düşüllük formasında aldığı gəlir (rüsum) 833 dinar təşkil edir. Valilərin,
hakimlərin, digər vəzifəli şəxslərin təyinatından hər tüməni üçün 303
qazıbəyi (1 qazıbəyi 5 dinara bərabər idi) tutulurdu. Soyurqal və
müaflardan hər tümənə 520 dinar alınırdı.
Həm də göstərilirdi ki,
düşüllük yalnız birinci il ərzində tutulurdu
166
. Bu halda düşüllük
“vəzifəyə birinci təyinat” münasibəti ilə məvacibdən (gəlirdən) tutulan
vergini bildirirdi
167
. Bu istilah hədiyyələrdən və peşkəşlərdən pulla
tutulan “rüsumun” ekvivalenti kimi də işlədilirdi
168
.
Dostları ilə paylaş: