Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə119/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   115   116   117   118   119   120   121   122   ...   321
Seçilmiş əsərləri X 
251 
Məmmədquluzadə yumorunu ana dilində yaradıb. Hər bir apa-
rıcı (istər şou olsun, istər rəsmi xəbər) bunu dərk etməlidir.
7. Şouların və verilişlərin bir çoxu mənasızdır, hətta həd-
siz dərəcədə mənasızdır. Kim kimdən küsüb, kim kim ilə dost-
dur, düşməndir kimi əttökən məsələlər bir qrup qadın müğənni-
ni xalqın gözündə nifrət obyektinə çevirib. Guya bunlar böyük 
dövlət xadimləriymiş və bunlardan birinin o birindən küsməyi 
cəmiyyət üçün böyük bəlalara səbəb olacaqmış. Belə verilişlər 
yığışdırılmalı, cəmiyyəti düşündürən məsələlərə yer verilməli-
dir. Elə verilişlər verilməlidir ki, gənc nəslin vətənə, əməyə 
məhəbbətini artırsın. Yüngül yollarla dolanmaq, əyri yollara əl 
atmaq üsullarının təbliğinə yol verilməməlidir. Məktəbə, kita-
ba, elmə, alimə, böyüyə, ictimai işə hörmət təbliğ olunmalıdır. 
Bu günlərdə televiziyalardan birində S.Vurğunun «Azərbay-
can» şeiri və həmin şeirlə əlaqədar verilən mənzərələr nə qədər 
gözəl idi! Adamda qürur doğururdu. Bizim ədəbiyyat tariximiz 
unudulur, şairlərimiz, klassik müğənnilərimiz unudulur, orta 
səsi olan cavan qızlar və oğlanlar televiziya ekranlarına müna-
sibəti pisləşdirib. Nə qədər qeybət olar, nə qədər mənasız söh-
bətlər olar? Sovet televiziyası hər şeyi - əxlaqı, mədəniyyəti
mənəviyyatı, insana münasibəti qoruyurdu. Müstəqillik özbaşı-
nalıq deyil! Televiziyanın sözü yoxdursa, bağlanması yaxşıdır.
8. Kobud fikirlərin, vulqar hadisələrin ifadəsinə yol veril-
məməlidir. Buna az da olsa, məcbur olduqda evfemistik vasi-
tələrdən istifadə edilməli, ifadələr yumşaldılmalıdır. «Hırılda-
maq» kimi şit ifadələrlə təbəssüm yaratmaq düz deyil. Qarnını, 
dalını böyütməklə gülüş yaratmaq mənasız gülüşdür, tamaşaçı 
zövqünü korlamaqdan başqa heç nəyə xidmət etmir.
9. Türk televiziyasında yalnız uşaq verilişləri ilə məşğul 
olan kanallar var. O qədər tərbiyəvi, o qədər gözəldir ki, hətta 
böyüklər də o kanallardan nümunəvi nitq və davranış xüsusiy-
yətlərini öyrənə bilirlər. Ona görə də bizim uşaqlar bütün günü 
türk kanalları qarşısındadır. Boş və mənasız «verilişlərlə» məş-
ğul olan bu (bizim tel.kanal) kanallardan birində ardıcıl olaraq 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin