551
Сечилмиш ясярляри
lX
a)
ikinci növ
təyini söz birləşməsinin
abstraktlaşması ilə. Məsələn,
gözaltı, dilucu,
gözgörəsi
və s.
b)
mürəkkəb bir ismə «ilə» qoşmasının
əlavəsi ilə. Məsələn,
canla-başla.
c)
biri adlıq, digəri mənsubiyyət şəkilçili
yönlük haldakı eyni sifətin təkrarı ilə. Məsələn,
açıq-açığına.
Semantik yolla söz yaradıcılığının əsas
kütləsini feli frazeoloji vahidlər təşkil edir. Feli
frazeoloji vahidlərin idarəedici tərəfı fellərdən
ibarət olur. Tabe tərəfıni
isə qrammatik forma
etibarı ilə müxtəlif olan adlar təşkil edir. Tərəflər
həm lüğəvi mənası, həm də məcaziləşmə imkanları
ilə olduqca maraqlı xüsusiyyətlərə malikdir.
Ümumdil səviyyəli
feli frazeoloji vahidlər
sırasında birinci tərəfı insanın bədən üzvlərinin
adlarından ibarət feli frazeoloji vahidlərin sayı və
bu birləşmələrin modelləşməsində məhsuldarlığı
digər sözlərlə müqayisədə qat-qat artıqdır. Bununla
belə, başqa məfhumları
ifadə edən sözlər də az
deyil.
Məlum
olduğu
kimi,
feli
frazeoloji
birləşmələrin
birinci
komponenti
isimlərlə,
sifətlərlə, zərflərlə ifadə olunur. Bu cəhətdən
aşağıdakıları nümunə göstərmək olar:
Dostları ilə paylaş: