Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
194
64. (Yə’qub) dedi: "Bundan əvvəl qardaşını (Yusifi) sizə e’tibar etdiyim kimi, heç onu
sizə e’tibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən
rəhmlisidir!"
65. Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: "Ata! Daha
nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz’
bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzağımızın üstünə) bir dəvə yükü
də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!"
66. (Yə’qub) dedi: "Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini
(sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz
verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!" Onlar and içib söz verdikdə
(Yə’qub): "Allah dediyimizə şahiddir!" - dedi.
67. (Yə’qub) dedi: "Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan
daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir
şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy
təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!"
68. Onlar ataları (Yə’qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda
(bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda
ittiham olundular), ancaq Yə’qubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini)
yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yə’qub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi
idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham
yolu ilə elm öyrətməsini) bilməz!
69. Onlar Yusifin hüzuruna daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini)
bağrına basıb dedi: "Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza
gətirdikləri) işlərdən kədərlənmə!"
70. (Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı
(piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: "Ey karvan əhli!
Siz, həqiqətən, oğrusunuz!" - deyə haray çəkdi.
71. (Yə’qubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: "Nə itirmisiniz?" - deyə
soruşdular.
72. Onlar belə cavab verdilər: "Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə
(müştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!" (Carçı: ) "Mən də buna zaminəm!" -
(dedi).
|