arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
8
.
2
.
əl-Bəqərə
(İnək) surəsi
(Mədinədə nazil olmuşdur, 286 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim.
2. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə
olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol
göstərən Kitabdır.
3. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca)
namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq
sahiblərinə) sərf edirlər.
4. O kəslərki, sənə göndərilənə (Qur’ana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil,
Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,
5. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət
əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
6. (Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün
birdir, iman gətirməzlər.
7. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır.
Onları böyük bir əzab gözləyir!
Bizim email:
Dostları ilə paylaş: |