Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
12
37. (Nəhayət) Adəm rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o
kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir,
mərhəmətlidir.
38. Biz (onlara) dedik: "Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir
hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət
əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar".
39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş
içində) əbədi qalacaqlar.
40. Ey İsrail oğulları! Sizə bəxş etdiyim ne’mətimi xatırlayın, (Tövratda axirüzzəman
peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə
varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!
41. Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qur’ana) iman gətirin!
Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi)
ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!
42. Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!
43. (Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə
rüku edin!
44. Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz?
Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa
düşmürsünüz?
45. (Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu,
ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.
46. Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna
qayıdacaqlarını bilirlər.
47. Ey İsrail övladı! Sizə bəxş etdiyim ne’mətimi və sizi (vaxtilə əcdadınızı) bütün
aləmlərdən (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!
48. Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına
gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət
(bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul
|