Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
15
67. Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: "Allah sizə bir inək kəsmənizi əmr
edir!" - dedi. Onlar isə: "Bizi məsxərəyəmi qoyursan?" - dedilər". (Musa da: ) Allah Özü
məni cahil olmaqdan saxlasın!" - dedi.
68. Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə
cür olmalıdır?" (Musa: ) "Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların
ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!" -dedi.
69. Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə
bildirsin". O da cavabında: "(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir
inək) olduğunu buyurur", dedi.
70. Onlar (yenə) söylədilər: "Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə
bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz
kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq".
71. (Musa) dedi: "(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq
götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir
inəkdir". (Bu zaman) onlar: "İndi işi həqiqətə gətirib çıxartdın", -dedilər və onu (inəyi
tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.
72. Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq
məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi
zahirə çıxarandır!
73. Belə olduqda Biz: "(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə)
vurun!" - dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada
dirildər və sizə Öz mö’cüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.
74. Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da
qatı oldu. Həqiqətən, bə’zi daşların içərisindən nəhrlər axar, bə’zisi yarılıb içindən su
fışqırar və bə’zisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər.
Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!
75. (Ey mö’minlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz?
Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı)
dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.
76. (Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: "İman gətirdik",- deyirlər.
Xəlvətdə olduqları vaxtda isə biri digərinə: "Allahın (Tövratda) sizə bildirdiyi şeyi
|