Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə11/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   7   8   9   10   11   12   13   14   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

17 



olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç 

birindən qafil deyildir.  

86. Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə 

əzabı yüngülləşər, nə də onlara kömək olunar.  

87. (Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin 

ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar mö’cüzələr (dəlillər) bəxş 

etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-ə’zəmlə) qüvvətləndirdik. Hər dəfə 

sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür 

göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə 

öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi).  

88. (Yəhudilər Qur’anı anlamaq və qəbul etmək barəsində) dedilər: "Bizim qəlblərimiz 

örtülüdür (pərdəlidir)". (Lakin bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə 

görə lə’nət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları 

kimi) iman gətirər.  

89. Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Qur’an) 

göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) 

kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün ("Tövratda adı çəkilən axirüzzəman 

peyğəmbər gəlib bizə yardım edəydi!" - deyə Allaha) yalvarırdılar. Bildikləri 

(peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lə’nət eləsin!  

90. Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd 

aparmaq, Onun göndərdiyini (Qur’anı) inkar etməklə (yəhudilərin) vicdanlarını 

satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı) Allahın qəzəbi üstünə bir 

qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!  

91. Onlara: "Allahın nazil etdiklərinə (İncilə və Qur’ana) inanın!" - deyildikdə, onlar: 

"Biz özümüzə göndərilənə (Tövrata) inanırıq", -deyərək, ondan başqasını (sonrakını) 

inkar edirlər. Halbuki o (sonra göndərilən Qur’an) onların əllərində olanı (Tövratı) 

təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: "Əgər siz inanan kəslərsinizsə, 

bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?"  

92. Musa sizə açıq-aydın dəlillər (mö’cüzələr) gətirmişdi. Siz isə onun ardınca (Musa 

Tur dağına getdikdən sonra) buzova sitayiş edərək (özünüzə) zülm etdiniz.  

93. Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış 

və: "Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!" 

(demişdik). Onlar (sizin ata-babalarınız) isə: "Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin