Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
13
olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə
(əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!
49. (Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Fir’on əhli sizə (babalarınıza) ən ağır
işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək
məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən
ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.
50. (Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fir’onun
adamlarını siz baxa-baxa suda qərq etdik.
51. (Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik
və’də vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul
etdiniz və (bu hərəkətinizlə Alladan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə
zülm etdiniz).
52. Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.
53. (Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən
fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.
54. O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş
etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq
tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz
yaradanınızın yanında sizin üçün xeyirlidir! "- demişdi və Allah da tövbənizi qəbul
etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.
55. (Və yadınıza salın ki) siz: "Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə
inanmayacağıq",- dediyiniz zaman gözünüz görə- görə sizi ildırım vurmuşdu.
56. Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.
57. (Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq
və: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!" (deyərək) sizə qüdrət halvası və
bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq
özlərinə zülm etmiş oldular.
58. Xatırlayın ki, (Tih səhrasından çıxandan sonra ) sizə: "Bu kəndə girin, bəyəndiyiniz
yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən
halda "hittə!" ("bizi bağışla!") söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz
yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq", -demişdik.
|