Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə5/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   2   3   4   5   6   7   8   9   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

11 



28. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) 

yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin 

haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.  

29. Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu 

yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!  

30. (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) 

yaradacağam", - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şə’ninə tə’riflər 

dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad 

törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər. (Allah onlara: ) " 

Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu.  

31. (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. 

Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: "(İddianızda) doğrusunuzsa, 

bunların adlarını Mənə bildirin!"- dedi.  

32. Onlar: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin 

bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi 

Sənsən", - dedilər.  

33. (Sonra) O: "Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara 

bildir!"- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): "Mən 

sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə 

etdiyinizi bilirəm, söyləmədimmi?" - buyurdu.  

34. (Ya Peyğəmbər!) Biz mələklərə: "Adəmə səcdə edin! - dedikdə İblisdən başqa 

(hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən 

oldu.  

35. (Sonra) Biz (Adəmə) dedik: "Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər 

ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) 

yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız".  

36. (Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə ne’mətlər içində) olduqları 

yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): "Bir-birinizə düşmən 

kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər 

(ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var",-dedik.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin