arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
9
8. İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və
qiyamət gününə iman gətirdik", -deyirlər.
9. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö’minləri
aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.
10. Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifiq)
mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!
11. Onlara: "Yer üzündə (küfr və günah işlədərək, mö’minləri aldadaraq) fəsad
törətməyin!"-dedikdə: "Bizim işimiz ancaq yaxşılıq etməkdir", -deyə cavab verirlər.
12. Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
13. Onlara: "Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!" -
deyildiyi zaman (öz aralarında): "Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?" -deyə
cavab verirlər. (Ey mö’minlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu)
bilmirlər.
14. Onlar mö’minlərlə qarşılaşdıqları zaman: "Biz də (sizin kimi) iman gətirdik",-
deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: "Biz də
sizinləyik, biz ancaq (mö’minlərə) istehza edirik",-deyirlər.
15. (Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və
(dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan)
qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində
saxlayar).
16. Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir
getirmədi və haqq yolu da tapmadılar.
17. Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od
(yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirər və özlərini
zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.
18. Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də
(öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.
19. Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə
yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə
|