Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
10
barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva
edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).
20. İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin).
(Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq
çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların
qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi
olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)
22. O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur
endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz
də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!
23. Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz varsa, siz də
(fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır"
sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi,
şair və alimlərinizi bu işdə köməyə) çağırın!
24. Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün
hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan
(Cəhənnəmdən) həzər edin!
25. (Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün
(ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən
bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir",-
deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər
olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var.
Onlar (mö’minlər) orada əbədi qalacaqlar.
26. Əlbətdə, Allah (Qur’anda) ağcaqanadı və ya ondan daha böyüyünü misal
gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət
olduğunu bilirlər, kafirlər isə: "Allah bu məsəllə nə demək istəyir?"-deyirlər. Allah
bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir.
Allah yalnız fasiqləri zəlalətə düçar edir.
27. O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan
sonra onu pozur, Allahın birləşdirilməsini buyuduğu şeyləri parçalayır (mö’minlərlə
dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz
belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!
|