Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
204
29. İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət
gözləyir)!
30. (Ya Rəsulum! Səndən əvvəl peyğəmbərlər göndərdiyimiz kimi) səni də özündən
əvvəl çoxlu ümmətlər gəlib-getmiş bir ümmətə Peyğəmbər göndərdik ki, onlar
Rəhmanı (Allahı) inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Qur’anı) onlara oxuyasan.
De: "O (Rəhman) mənim Rəbbimdir. Ondan başqa heç bir tanrı yoxdur. Mən ancaq Ona
təvəkkül etdim. Axır dönüşüm (və ya tövbəm) də yalnız Onadır!"
31. Əgər Qur’anla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər
danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab olsaydı
və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa
və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Qur’an olardı). Bütün işlər yalnız
Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi,
bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Və ya mö’minlər kafirlərin iman
gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu tutmaq da, ondan çıxmaq
da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın və’di (Məkkənin fəthi) yerinə
yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud
yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: "Ya Rəsulum! Sən öz əshabən və
ordunla onların yurdunun yaxınlığında dayanıb duracaqsan"). Həqiqətən, Allah Öz
və’dinə xilaf çıxmaz!
32. (Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyğəmbərlərə də istehza edilmişdi. Mən
kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları
cəzalandırmağım necə (də dəhşətli) idi! (Bir görəydin onlara nə dəhşətli əzab verdim!)
33. Hər bir kəsin (dünyada yaxşıdan, pisdən) nə qazandığına nəzarət edən Allah bunu
bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, müşriklər götürüb) Allaha
(cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum!) De: "Bunlara bir ad verin görək! (Axı onlar
kimdirlər, nəçidirlər?) Yoxsa Allaha yer üzündə (özünə şərik) bilmədiyi bir şeyimi
xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub (belə həqiqətdən uzaq şeyləri) deyirsiniz?
Xeyr, kafirlərə öz hiylələri (iftiraları, Allaha qarşı uydurub düzəltdikləri yalanlar) gözəl
göstərildi və onlar (haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı
kimsəyə doğru yolu göstərən olmaz.
34. Onlar dünyada əzaba düçar olacaqlar. Axirət əzabı isə daha məşəqqətlidir. Onları
Allahdan (Allahın əzabından) qurtaran olmaz.
35. Allahdan qorxub pis əməllərdən çəkinənlərə (mö’minlərə) və’d edilən Cənnətin
vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu,
|