Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
244
89. Biz bu Qur’anda insanlar üçün hər cür məsəl çəkib (mə’nasını) onlara izah etdik.
Lakin onların (Məkkə əhlinin) əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı
(ne’mətimizə nankor olub yalnız küfrü seçdi).
90. (Qur’anın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini
sındırmayan müşriklər) belə dedilər: "Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca
sənə iman gətirməyəcəyik.
91. Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca;
92. Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud
Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza
gətirməyincə;
93. Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman
gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə
qalxmağına da əsla inanmayacağıq!" (Ya Rəsulum!) De: "Rəbbim pakdır, müqəddəsdir!
(Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!)
Mən isə yalnız peyğəmbər olan bir insanam!" (Allahın izni olmayınca, heç bir
peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)
94. (Qüreyş müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman
ona iman gətirməyə mane olan şey yalnız onların: "Allah bir insanımı peyğəmbər
göndərdi?" - demələridir. (Müşriklərin fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən
göndərilməlidir).
95. (Ya Rəsulum!) De: "Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar
mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir
mələk peyğəmbər göndərərdik!"
96. De: "Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə) şahid
olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün əməllərindən)
xəbərdardır, (onların gizlində və aşkarda nələr etdiyini) görəndir!"
97. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə
(Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-
sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer
Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların (bədənlərinin) alovunu artıracağıq!
|