arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
354
qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi
olan) peyğəmbərlərdən edəcəyik!" - deyə bildirdik.
8. (Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın onun
oğlu olduğunu Fir’ona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa qoyub
Allaha dua edərək Nil çayına atdı. Bu zaman Fir’on zövcəsi ilə oturub Nilə tamaşa
edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Fir’on xidmətçilərə onu tutub
gətirməyi əmr etdi). Fir’onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına
bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən,
Fir’on, Haman və onların əsgərləri (küfr etdiklərinə, mə’sum uşaqları öldürdüklərinə
görə) günahkar idilər.
9. Fir’onun qadını (Asiyə) dedi: "Bu uşaq mənim də, sənin də göz bəbəyimiz
(gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o
böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!" Onlar (işin nə
yerdə olduğunu, bu uşağın əlində həlak olacaqlarını) bilmirdilər.
10. (Oğlunun Fir’onun əlinə düşdüyünü bildikdən sonra) Musanın anasının ürəyi
bomboş (sevimli balasının fikrindən başqa hər şeydən xali) olmuşdu. Əgər (Allahın
və’dinə) inananlardan olsun deyə, ürəyinə səbir (səbat) əta etməsəydik, az qala onu
(saraya gətirilmiş körpənin özünkü olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən və ya
sevincindən: "Bu uşaq mənimdir!" - deyəcəkdi).
11. O, (Musanın Məryəm, yaxud Gülsüm adlı) bacısına: "Onun dalınca get! (Əhvalatdan
xəbər tut!)" - dedi. O da (saraya yol tapıb Fir’onun adamları onun kim olduğunu) hiss
etmədən uzaqdan-uzağa (Musanı) gördü.
12. Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə
qadınların döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı Fir’on əhlinə) belə dedi:
"Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) tə’min edəcək, həm də ona qarşı
xeyirxah olacaq (onunla yaxşı davranacaq) bir ailəni (ev əhlini) sizə nişan verimmi?"
13. Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın və’dinin
haqq olduğunu bilsin deyə, (Musanı) anasına qaytardıq. Lakin onların (insanların,
yaxud Fir’on əhlinin) əksəriyyəti (Allahın və’dinin doğru olduğunu) bilməz!
14. (Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm
(şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
15. (Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin
vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə
|