Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
363
85. (Ya Rəsulum!) Qur’anı (oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi)
sənə vacib buyuran (Allah) qayıdacağın yerə (hicrət edərək çıxdığın Məkkəyə) səni
yenə də qaytaracaqdır. De: "Rəbbim hidayətlə (doğru yolu göstərən rəhbərlə) gələni də
(yaxud doğru yolda olanı da), haqq yoldan açıq-aşkar azanı da (hamıdan) yaxşı
tanıyır!"
86. Sən Qur’anın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir
mərhəmət olaraq sənə göndərildi. Buna görə də heç vaxt kafirlərə arxa olma! (Kafirlər
Peyğəmbər əleyhissəlama cürbəcür və’dlər verməklə onu öz atalarının dininə də’vət
edirdilər. O isə kafirlərin bu və’dini Allahın köməyi ilə həmişə rədd edirdi).
87. (Ya Rəsulum!) Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (kafirlər)
səni (onları təbliğ etməkdən) çəkindirə bilməsinlər. (İnsanları) Rəbbinə (ibadətə) də’vət
et və əsla müşriklərdən olma!
88. Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı
yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz (qiyamət
günü) məhz Onun hüzuruna qaytarılacaqsınız! (Peyğəmbər əleyhissəlam üçün icrası
əsla mümkün olmayan bu şeyləri ona qadağan etmək və tez-tez xatırlatmaq əslində
müşriklərin və kafirlərin əllərini ondan üzmələri və mə’nasız təkliflərlə onu narahat
etməmələri üçündür).
Bizim email:
Dostları ilə paylaş: |