Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
498
29. Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar
(mö’minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən
onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən
görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki
mö’minlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir.
İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu
bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə
qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək
üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan
bağışlanma) və böyük mükafat (Cənnət) və’d buyurmuşdur!
Bizim email:
Dostları ilə paylaş: |