Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
568
.
68
.
Nun və ya əl-Qələm
(Qələm) surəsi
(Məkkədə nazil olmuşdur, 52 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda
yazılanlara) ki,
2. Sən (ya Rəsulum!) Rəbbinin ne’məti sayəsində divanə deyisən!
3. Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
4. Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
5. (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,
6. Hansınızın divanə olduğunu!
7. Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl
tanıyandır!
8. Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!
9. (Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq
göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət
verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət
etsinlər!)
10. (Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;
11. Qeybət edənə, söz gəzdirənə;
Bizim email:
Dostları ilə paylaş: |