arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
63
.
4
.
ən-Nisa
(Qadınlar) surəsi
(Mədinədə nazil olmuşdur, 176 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı)
yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə)
bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini
kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!
2. Yetimlərin mallarını (həddi-büluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə
(halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda,
onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin!
Həqiqətən, bu, böyük günahdır.
3. Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən
qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd
nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda
təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda
təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin).
Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.
4. Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə
bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!
5. Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum
tə’yin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan
yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.
|