arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
623
.
89
.
əl-Fəcr
(Dan yeri) surəsi
(Məkkədə nazil olmuşdur, 30 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun dan yerinə;
2. And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on
gecəsinə);
3. And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt
olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
4. And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət
günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
5. Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
6. (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad
qövmünə)?!
7. Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
8. (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
9. (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud
qövmünə)?!
10. Eləcə də saysız-hesabsız ordular sahibi Fir’ona?!
11. O kəslər ki, məmləkətlərdə tüğyan edir,
12. Oralarda çoxlu fitnə-fəsad törədirlər.
Bizim email:
Dostları ilə paylaş: |