Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
85
9. Allah iman gətirib yaxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat
gözlədiyini və’d buyurmuşdur!
10. Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!
11. Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa
(Məkkə müşriklərini və ya Bəni Sə’ləb qəbiləsi) sizə əl qaldırmaq (hücum etmək)
niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun.
Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!
12. Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil)
göndərmişdik. Allah buyurmuşdu: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat
versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda)
gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları)
altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs (əhdi
pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!"
13. Sonra əhdlərini pozduqları üçün onları lə’nətlədik və ürəklərini sərtləşdirdik. Onlar
sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəlmələrin və bə’zi başqa ayələrin)
yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd
peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən
onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, ğünahlarından keç.
Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!
14. "Biz xaçpərəstik", - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları
şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də
aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara
gördükləri işlər barəsində xəbər verəcəkdir!
15. Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu
bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu
bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir
Kitab (Qur’an) gəldi.
16. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Qur’an vasitəsilə) əmin-amanlıq
(sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola
istiqamətləndirər!
17. "Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. (Onlara) de:
"Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv
etmək istəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların
|