Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
98
.
6
.
əl-Ən’am
(Davar) surəsi
(Məkkədə nazil olmuşdur, 165 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür
və tə’rif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay
tuturlar.
2. Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən
Odur. (Allahın) yanında mə’lum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü)
vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!
3. Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də,
aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!
4. Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz
çevirməsinlər!
5. Onlara haqq olan (Qur’an) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin)
məsxərəyə qoyduqlarının (Qur’anın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub
olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!
6. Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi
görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və
sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və
bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və
onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq.
|