116
vəndləşdirmə və dezinfeksiya tədbirlərinin icrasını nəzərdə tutur.
5.9. Bitkicilik məhsullarında səthi radioaktiv çirklənmənin
azalması üçün tədbirlər
Açıq tarla şəraitində bitkilərin radioktiv çirklənmədən bir-
başa mühafizəsini təmin etmək demək olar ki, mümkün deyil,
ançaq bir sıra aqrotexniki tədbirlər görməklə məhsulun qiy-
mətli təsərrüfat hissələrində radioaktiv çirklənməni azaltmaq
olar. Məsləhət görülən tədbirlərin əsas məqsədi məhsulun qiy-
mətli təsərrüfat hissələrində, torpaq səthində əlavə radioaktiv
cirklənmənin azaldılmasından və radioaktiv cirklənmənin mak-
simal tez bir vaxtda bitkilərin, toxumların, meyvələrin və s.
üzərindən təmizlənməsindən ibarətdir.
Radioaktiv cirklənən kənd təəsrrüfatı bitkiləri məhsulları-
nın istifadəsi barədə qərar qəbul edilərkən radioaktiv maddələ-
rin müxtəlif bitki və bitki orqanlarında saxlanma xüsusiyyətləri
nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, radioaktiv maddə-
lərin bitki üzərinə çökməsi zamanı (hətta həlledici formada da)
kartof, kök bitkiləri, qarğıdalı buğdalarının radioaktiv cirklən-
mə səviyyəsi buğdada, arpada, qarabaşaqda və s. olduğundan
azdır. Ona ğörə də qida məqsədi ilə paxlalı bitkilərinin və qar-
ğıdalının məhsullarından istifadə edilməsi məqsədəuyğundur.
Əhalinin və heyvanların rasionunda buğda və arpa məsulları
kartof və kök bitkiləri məhsulları ilə əvəz edilməlidir. Radioak-
tiv cirklənmə zamanı yarpaqlı tərvəzəlrin istifadəsi (göyərti,
yaşıl soğan və s.) maksimum dərəcədə məhdudlaşdırılır. Bun-
dan başqa kənd təsərrüfatı məhsullarının radioaktiv cirklənmə-
sinin azalması üçün aşağıda göstərilən tətbirlər həyata keciril-
məlidir.
Torpağın Ģumlanması və gübrələrin tətbiqi. Nüvə part-
layışının radioaktiv buludunun çöküntüləri səpinlər üzərinə yö-
nəldikdə B və V zonalarında radiasiya şəraiti imkan verən za-
man torpağın çirklənmiş üst qatını maksimum dərəcədə dərinli-
117
yə aparan tam şumlama icra edilir. Radioaktiv çöküntülər bitki-
nin vegetasiya dövründə baş verdikdə məhsul yığımından son-
ra torpaq əkini həmçinin dərin aparılmalıdır.
Az məhsuldar cəmənlik və örüşlərdə adətən ən yüksək
radioaktiv çirklənmə qeydə alınır. Belə ərazilərin şumlanmsı
məqsədə uyğundur. Xam torpaqların isə radioaktiv çöküntüləri
daha dərinə basdirmaq və sonradan əkinə aid layla qarışdırma-
maq məqsədilə vintli kövaxırla, yaxud adi kotancıqsız kotanlar-
la şumlanması tövsiyyə edilir.
Gübrələr sistemində əsas diqqət az çirklənmiş, yüksək
məhsuldarlıqlı torpaqlarda daha çox “təmiz” məhsulun alınma-
sına yönəldilir. Əsas gübrələr səthi çirklənmiş torpağın tam
şumlanmasından sonra ona görə verilir ki, gübrə radioaktiv
maddələrlə qarışaraq torpağa və bitkiyə radioaktiv izotopların
keçmə səviyyəsini artırmasın.
Gübrənin verilməsi adi üsullarla aparılır.
Dostları ilə paylaş: