118
2. İlk olaraq daha az radioaktiv çirklənmiş sahələrdən məhsu-
lun yığılması vacibdir.
3. Müxtəlif dərəcədə radioaktiv çirklənmiş sahələrdən toplan-
mış məhsulların ayrılıqda yığılması lazımdır.
4. Hətta ən yaxın vaxtda qida və yem üçün istifadəsi mümkün
olmayan məsul məhv edilməməli və ya sahədə yığılmamış
saxlanmamalıdır.
Sahədə məhsulun təkrar çirklənməsinin qarşısının alınması
üçün tədbirlər görülməlidir.Ona görə də yığılmış məhsulun
saxlanması üçün açıq torpaq meydançalarından istifadə məh-
dudlaşdırılmalı, mümkün olmadıqda isə meydançanın beş san-
timetrlik üst torpaq səthi kənarlaşdırılmalıdır. Kartof, buğda,
kök bitkilərini yığıldıqdan sonra uzun müddət açıq şəraitdə
saxlamaq olmaz. Toplanmış məhsul sahədən birbaşa hazırlan-
mış meydançada anbarlaşdırılmalı və ya üzəri örtülməlidir
(brezent və s.). Buğda bitkilərinin yığılmasında kombaynın yu-
xarı biçim üsulunun tətbiqi məqsədəuyğundur.
Yem bitkilərinin (çoxillik və birillik otların, qarğıdalı, günə-
baxan və s.) yığımını bitkilərin eyni zamanda biçilməsini və
nəqletdirici vasitələrə yüklənməsini təmin edən maşınlarla
aparmaq lazımdır.Bu zaman biçilmiş hissənin çirkli torpaq sət-
hi ilə ələqəsini məhdudlaşdirmaq tələb olunur.
Yığım və anbarlaşdırılma prosesində bütün məhsul radio-
aktiv maddələrlə çirklənmə dərəcəsinə və çirkli məhsullardan
təhlükəsiz istifadənin sanitar normalarına uyğun olaraq aşağı-
dakı qruplar üzrə çeşidlənilir:
qida istifadəsi üçün;
-
qida
üçün istifadəyə;
-
yem üçün istifadəyə;
-
texnoloji emal üçün (nişasta, qənd, yağ).
Nəzərə almaq lazımdır ki, radioaktiv maddələrin bura-
xıla bilən miqdarı ikinci qrup məhsulda birinci qrupdakından
10 dəfə artıq, üçüncü qrupda isə (son məhsulun qida məqsədi
ilə istifadəsi zamanı) ikinci qrupdakından 10 dəfə çox ola bilər.
İstənilən dərəcəli çirklənmiş sahədən toplanmış texniki və
119
yağlı bitki məhsulları emala göndərilir.
Dostları ilə paylaş: