129
kilir, əlavə suvarılma aparılır. Belə sahələrdən toplanmış buğda
insanların qidası üçün yalnız tibbi xidmətin icazəsi ilə, heyvan-
ların yemi üçün yalnız baytarlıq xidmətinin icazəsi ilə məhsu-
lun tərkibindəki qalıq fitotoksikantın miqdarı müəyyən olun-
duqdan sonra istifadə olunur.
Məhsulun miqdarının 50-70% itkisi ilə nəticələnən orta də-
rəcəli zəhərlənmə zamanı yerli iqtisadi şərait nəzərə alınmaqla
texniki bitkilər şumlanaraq yenidən tətbiq olunan herbisidə qar-
şı dayanıqlı olan digər bitki ilə səpin aparıla bilər və ya fitotok-
sikantın zəhərli təsirini azaltmaq üçün mütləq tədbirlər görül-
məlidir. Belə sahələrdən alınan məhsul qida və ya yem üçün
herbisidin qalıq miqdarı müəyyən olunduqdan sonra istifadə
oluna bilər. Qarğıdalı və ya günəbaxan bitkilərinin məhsulu
yağ
üçün deyil, texniki məqsədlər üçün tətbiq olunur.
Məhsulun miqdarının 90-100% məhv olması ilə nəticələ-
nən güclü dərəcəli zəhərlənmə sahələrində bitkilər məhv edilir.
Bitkinin hündürlüyü yüksək olmadıqda sahə şumlanılır. Yük-
sək hündürlüklü bitki sahələrində bitki doğranılaraq sahədən
kənara toplanılaraq yandırılır, sahə isə şumlanılır,
bundan sonra
tətbiq olunan fitotoksikanta dayanıqlı olan bitki növləri səpilə
bilər. Qeyd etmək lazımdır ki, siloslaşdırma prosesində herbi-
sidlər məhv olduğundan və mikrobioloji proseslərə ziyan vur-
madığından sahədən toplanan günəbaxan və qarğıdalı silos ha-
lında yemləndirmə üçün istifadəyə yararlıdır.
Zəhərli preparatlarla zəhərlənmiş pambıq məhsulunun sax-
lanması üsullarından biri formasını dəyişmiş yarpaqların kənar-
laşdırılmasından (çekanka) ibarətdir. Kənarlaşdırılmış yarpaq-
lar əlavə məhsullar qolların yaranmasına və inkişafına şərait
yaradır. Kənarlaşdırma üsulu bitkinin 4-5 formalaşmış yarpaq-
larının olduğu fazada daha səmərəlidir. Zəhərli preparatların
tətbiqindən 5 sutka sonra kənarlaşdırılma aparılır. Daha sonrakı
fazada və bitkinin güclü dərəcəli zəhərlənmə zonasında olduğu
hallarda bu üsul daha az səmərəli hesab olunur.
Dostları ilə paylaş: