122
liz boşaldılması üçün avadanlıqlaşdırılır, təmizlənmə dəhlizin-
dən axıdılan məhlulun toplanması üçün quyu qazılır.
ġək. 38. Baytarlıq emalı meydançası:
1-qəbul-çeşidlənmə məntəqəsi; 2-yoluxmuş heyvan üçün dəhliz;
3-kecid; 4-dəzgah-keçid; 5-baytatlıq emalı dəzgahları; 6-dəzgah-keçid;
7-dozimetriya dəzgahı; 8-müayyinədən kecmiş heyvanlar üçün dəhliz;
9-heyvanların baytarlıq müayinəsi kecməkdən ötrü yeri; 10-bölgü;
11-heyvanların çeşidlənmə dzgahı; 12-heyvan saxlanılan yer;
13-heyvanların emalı üçün məhlul; 14-səhra kəsim məntəqəsi; 15-quyu;
16-insanların sanitar emalı
üçün məntəqə; 17-insanların istirahəti üçün yer;
18-tualet
Çirkli hissədə olan dəhlizdən sonra emal olunmuş heyvan-
ların toplanma meydançası yaradılır ki, bu da təmiz hissə hesab
olunur. Bu hissə də müalicə-profilaktik tədbirlərin aparılması
üçün avadanlıqlaşdırılır, həmçinin işçilərin istirahəti, xüsusi
maşınların saxlanması üçün şərait yaradılır, heyvanların nəqliy-
yat vasitələrinə çıxarılması məqsədi ilə estakada düzəldilir.
Baytarlıq emalı meydançası elə yaradılmalıdır ki,
atmosfer-
də olan hava cərəyanı təmiz hissədən çirkli hissəyə doğru isti-
qamətlənsin. Lazım gəldikdə meydançanın yaxınlığında hey-
vanların səyyar kəsilmə məntəqəsi yaradılır.