19
lakin böyük maddi itkilər və insan tələfatı ilə nəticələnir. Di-
gərləri, məsələn, daşqın, eroziya - uzunmüddət tədricən inkişaf
edir, nadir hallarda insan tələfatına səbəb olur, lakin çox ağır
iqtisadi itkilər törədir.
Respublikamızda il ərzində 15-30 kortəbii təhlükəli hadisə
baş verir. Bütün kortəbii təhliükələri aşağıdakı növlərə aid et-
mək mümkündur: geofiziki, hidrometeroloji, geoloji tahliükəli
hadisələr, infeksion (yoluxucu) xəstəliklər və təbii yangınlar.
Hidrometroloji
hadisələrə ən əvvəl, daşqın, sel və s. aiddir.
Azərbaycan Respublikasnın 20-dən artıq şəhəri və bir neçə
yüz digər yaşayış məntəqələrində daşqın təhlükəsi mövcuddur.
Belə təhlükənin əsas mənbəyi leysan yağışları, qarın sürətlə
əriməsi, bəndlərin, su sədlərinin dağilması, uçqun və sürüşmə-
lərdir. Daşqınlar nəticəsində respublikaya dəyən illik orta sta-
tistik zərər 250-600 min manat hüdudlarında dəyişir.
Dostları ilə paylaş: