GĠRĠġ Yer kürəsində qlobal iqlim dəyişiklikləri nəticəsində təbii
fəlakətlər intensivləşmişdir. Baş vermiş hadisələr milyonlarla
insanı məhv edib yaşayış evlərini dağıdır, sağlamlığına ciddi
zərər verir. Hərbi sənaye kompleksinin daha müasir və yüksək
dağıdıcıllıq gücünə malik olan silah növlərini yaratması da
insan həyatı üçün təhlükə mənbəyidir.
Azərbaycanın yerləşdiyi coğrafi ərazi də bir sıra təbii fəla-
kətlərin başvermə ehtimalını yaradır. Təbii fəlakətlərin meyda-
na gəlməsi əhalinin yaşayışı üçün təhlükə yaratmaqla bərabər,
həm də hektarlarla əkinə yararlı torpaq sahələrini yararsız edir,
əkin altında olan sahələrdə məhsuldarlığı aşağı salır. Bu isə
ölkəmizdə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Tək-
cə 2010-cu ilin yaz fəslində baş verən daşqınlar zamanı 50 min
hektardan artıq ərazidə əkilən kənd təsərrüfatı bitkiləri məhv
olmuşdur. Payız və yaz mövsümlərində intensiv yağıntıların
yaranması mənbəyini dağlardan götürən yerli çaylarda su küt-
ləsinin həcmini artıraraq sel təhlükəsi ehtimalını artırır. Ölkə-
mizin seysmik baxımından aktiv zonada yerləşməsi zəlzələlərin
yaranması ilə böyük ərazilərdə dağıntılar yarada bilər.
Qeyd olunanlarla bərabər, ölkəmizin müharibə şəraitində
olması da əhalinin mühafizəsini tələb edir. Ermənistan Respub-
likasının ərazisindən mənbəyini başlayan çaylara düşmən tərəf-
dən insan həyatı üçün təhlükəli kimyəvi maddələrin, o cümlə-
dən AES tullantılarının axıdılması mümkündür. Həmçinin, ya-
xın sərhədlərimizdə müasir qırğın vasitələrinə malik olan (Ru-
siya Federasiyası) və buna cəhd göstərən (İran İslam Respubli-
kası) dövlətlərin olması, ən azı həmin istehsalat sahəsində baş
verə biləcək hər hansı qəzanın böyük təhlükə mənbəyi olacağı
labüdləşdirir.
Göstərilən təhlükələr bu sahədə ümumdövlət müdafiə təd-
birlərinin ardıcıl icrasına və əhalinin mülki müdafiə hazırlığı-
nın yüksəldilməsinə ehtiyac yaradır. Hər bir vətəndaş ekstremal
4
şəraitdə özünün, ailəsinin sağlamlığını və həyatını qorumağı
bacarmalıdır. Bu məqsədlə sülh dövründə əhali üçün nəzərdə
tutulan mülki müdafiə qurğularından istifadə qaydalarının öy-
rədilməsi müharibə şəraitində mühafizənin etibarlığına şərait
yaradır.
Dərs vəsaiti aqrar sahədə mülki müdafiə işlərinin təşkilinin
və yerinə yetirilməsinin əsas istiqamətlərini əhatə edir. Aqrar
sahədə fəaliyyəti nəzərdə tutulan mütəxəssislərin istər heyvan-
darlıq, istərsə də bitkiçilik sahəsində mülki müdafiə tələbatları-
nı bilməsi vacibdir. Dərs vəsaiti aqrar sahə üçün ilk dəfə yazıl-
dığından burada çatışmazlıqların olması mümkündür. Bunu nə-
zərə almaqla irad və təkliflərinizi müəlliflərə göndərməyiniz
xahiş olunur.