Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Mülki  müdafiə  xidmətləri,  qüvvələri,  onların  təyinatı  və



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə5/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   132
Mülki  müdafiə  xidmətləri,  qüvvələri,  onların  təyinatı  və 
yaradılması. Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun 
hissələrindən,  ştatlı  qəza-xilasetmə  dəstələrindən,  hərbiləşmə-
miş  mülki  müdafiə  dəstələrindən,  həmçinin  nazirliklərin,  baş 
idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla 
xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb 
olunan  müxtəlif  dəstələrdən,  təşkilatlardan  və  idarələrdən 
ibarətdir.  
Mülki  müdafiə  qüvvələri  fövqəladə  hadisələrin  (FH)  nəti-
cələrini aradan qaldırarkən X və DTİ yerinə yetirmək, bu işləri 
təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra 
etmək  üçündür.  Mülki  müdafiə  qüvvələrinin  əsasını  hərbiləş-
məmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yeri-
nə  yetiriləsi  tədbirlərdə  iştirak  edən  mülki  müdafiə  qüvvələri-
nin sayca ən böyük hissələridir.  
Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş 
ümumi və xüsusi mülki müdafiə dəstələri bilavasitə həmin or-
qan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir. 
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi-istehsalat prin-
sipi üzrə Naxçıvan Muxtar Respublikasında, rayonlarda, şəhər-
lərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır. 
Mülki  müdafiə  dəstələri  əmin-amanlıq  dövründə  ayrı-ayrı 
təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, 
texniki və nəqliyyat vasitələri ilə təşkilatın hesabına normalara 
uyğun olaraq təchiz olunur. 
Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Res-
publikasının vətəndaşı olan 18 yaşından 60 yaşadək kişilər, 18 
yaşından  55  yaşadək  qadınlar  cəlb  edilirlər.  Birinci  və  ikinci 
qrup əlillər, hamilə və 3 yaşadək uşağı olan orta və ali tibb təh-


 

silli qadınlar, həmçinin uşağa digər şəxslərin himayəsi olmayan 
8 yaşınadək uşağı olan qadınlar dəstələrə cəlb olunmurlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin