2. Amerika vulkanları. Orta Amerikada və Meksikada da
bir xeyli əhəmiyyətli vulkan mövcuddur. 4150 metr
yüksəkliyindəki
Ouezaltenago
dünyanın
ən
təhlükəli
vulkanlarından biri sayılmaqdadır. 6500 metrə ətrafında bir
yüksəkliyə sahib olan Cotopaxi vulkanı da, dünya üzərindəki
müəyyən aktiv yanardağlardan biridir. Meksikanın məşhur
vulkanı Popocatepetl 5500 metr yüksəkliyi aşır. Krateri 2 mil
genişliyindədir.
ġək. 11. Popocatepetl vulkanı
Əslində ən böyük və aktiv vulkanlar Pasifik adalarında
var. Havay adalarındakı Mauna Loa, 1950-ci ildəki
indifasında, dəniz üzərində 24 mil boyunca lava yayacaq bir
güclə fəaliyyətə keçmiş idi.
Yenə eyni yerdəki Mauna Keanın daha yüksək olmasına
41
baxmayaraq, Mauna Kea, dünyanın ən böyük vulkanı olaraq
qəbul edilməkdədir. Dəniz səviyyəsindən 4300 metr yüksəklik-
də, dənizdən 10000 metr dərinliyə qədər enməkdədir.