Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşı-
sını alan və ya zəiflədən maddələrdir. Sinir-iflicedici (fosforlu-
üzvi) təsirli, sianid turşusuna və digər sianlara, lüizitə və qıcıq-
landırıcı ZM-yə qarşı antidotlar vardır.
Fosforlu-üzvi maddələr (FÜM) əleyhinə - afin, taren, atro-
pin və
sianidlərə qarşı - amilnitrit, propilnitrit adlı; lüizitə və ar-
sin tərkibli digər maddələrə qarşı - unitol adlı antidotlar möv-
cuddur. Bu antidotlardan həm profilaktika, həm də ilk tibbi
yardım vasitəsi kimi istifadə etmək mümkündür.
Bakteriya əleyhinə maddələr - spesifik və qeyri-spesifik
profilaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika
vasitələrinə zərdablar, vaksinlər, ana-toksinlər və bakteriofaq-
lar aiddir. Bu vasitələrin bəziləri fərdi aptekçədə (AИ-2 fərdi
aptekçəsində) cəmlənmişdir.
Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi