5. AQRARSAHƏDƏ MÜLKĠ MÜDAFĠƏNĠN XÜSUSĠYYƏTLƏRĠ 5.1. Aqrar sahədə iĢ dayanıqlığının əsasları Dayanıqlıq dedikdə kənar təsirlərə baxmayaraq obyektin-
istehsal, tədris, səhiyyə müəssisələri, yaşayış binaları və s. nor-
mal işini və fəaliyyətini davam etdirməsi başa düşülür. Daya-
nıqlıq iki qrupa ayrılır:
1. Binanın konsruktiv-fiziki dayanıqlığı. 2. İstehsal müəssisəsinin iş dayanıqlığı. Konstruktiv-fiziki dayanıqlıq təbiət qüvvələrinin (zəlzələ-
lər, sellər, daşqınlar, torpaq sürüşmələri və s.) və tətbiq olunan
hərbi vasitələrin (əsasən nüvə partlayışlarının) təsirinə baxma-
yaraq obyektin və ya yaşayış binasının bina konstruksiyasının
etibarlılığını ifadə edir. Məlumdur ki, respublikamızın ərazisi-
nin mütləq əksəriyyətini seysmik, sel və daşqın təhlükəli olan
zonalar təşkil edir. Düşmən hücumları ehtimal edildikdə hərbi
vasitələrin tətbiqi adətən əhalinin daha sıx məskunlaşdığı ərazi-
ləri (böyük şəhərləri və qəsəbələri), orada yerləşən həyati vacib
obyektləri – rabitə, hərbi – sənaye kompleksi obyektləri və s.
sıradan çıxarmağı nəzərdə tutur. Çünki bu zaman qarşı tərəfin
müdafiə qüdrəti əsaslı surətdə zəifləyir ki, bu da hərbi əməliy-
yatların taleyini həll edə bilər. Ona görə də inşaat işlərində tiki-
lilərin seysmik təkanlara və hərbi vasitələrin təsirinə qarşı da-
yanıqlılığı mütləq nəzərə alınmalıdır.
İş dayanıqlığı dedikdə, kənar təsirlərə baxmayaraq, isteh-
sal müəssisəsinin istehsal gücünə uyğun həcmdə və planlaşdı-
rılan çeşiddə məhsul istehsalını davam etdirməsi başa düşülür.
Kənd təsərrüfatı obyektinin və ya kənd təsərrüfatı istehsalat sa-
hələrinin iş dayanıqlığı digər istehsalat sahələrindən fərqli ola-
raq bir çox amillərdən asılıdır ki, onları üç əsas qrupda cəmləş-
dirmək mümkündür: