2. Müharibə zamanı kütləvi qırğın silahlarının təsiri ol- madan yaranan amillərin kənd təsərrüfatı istehsalına təsiri. Bu amillər kənd təsərrüfatı istehsalat texnologiyasının tət-
biqinin pozulmasına gətirib çıxarır. Buraya kişilərin ordu sıra-
larına cəlb olunması ilə əlaqədar olaraq əmək ehtiyatlarının
azalması, təsərrüfatda əkilən bitkilər üçün tələb olunan üzvi və
qeyri-üzvi gübrələrin, bioloji preparatların alınması və çatdırıl-
masında yaranan problemlər, kənd təsərrüfat texnikası üçün ya-
nacaq– sürtgü materialları və ehtiyat hissələrin təchizatındakı
fasilələr aiddir. Bundan əlavə, ən ciddi problem olaraq elektrik
təchizatındakı fasilələr nəticəsində süni suvarma tələb edən
regionlarda yeraltı su ehtiyatlarından istifadənin dayandırıl-
masına gətirib çıxarması, mexanikləşdirilmiş heyvandarlıqda
qulluq işlərinin görülməsinin çətinləşməsi qeyd olunmalıdır.
Daşınmalarda hərbi yüklərə üstünlük verilməsi, həmçinin, nəq-
liyyat yollarına düşmən hücumunun ehtimalı artdığından ölkə
ərazisindən və xaricdən kənd təsərrüfatı üçün nəzərdə tutulan
materialların və yüklərin avtomobil və dəmiryolu ilə daşınması
zamanı yolların dağılması, gübrə istehsalının həcminin azalma-
sı, istehsal müəssisələrinin hərbi istiqamətli məhsul istehsalına
keçirilməsi ilə bağlı olaraq kənd təsərrüfatında məhsul istehsa-
lının həcmi aşağı düşür ki, bu da iş dayanıqlığının itirilməsi ki-
mi dəyərləndirilir.