Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə98/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   132
 
Qeyd: 1. Göstərilən nəticələrə 24 saat müddətində 7 litr gündə-
lik məhsuldarlığı olan sağmal inək və buzovların saxlanması ilə əldə 
olunmuşdur. 
2. Tikili xaricində temperatur gündüz 16
º
C-dək,  gecə  2
º
C təşkil 
etmiş,  küləyin  sürəti  1,5-2,5  m/san  olmuşdur.  Xarici  temperatur  15 
saatdan  sonra  2
º
C-dək  enmiş,  küləyin  sürəti  isə  2,5  m/san-dək  yük-
səlmişdir. 
 
 
Tikili daxilində sağmal inəklər üçün 16 m
3
, 2 yaşadək ca-
van heyvanlar üçün 12-13m
3
, qoyun və davarlar üçün 6m

hava 
həcmi yaradıldıqda heyvanlar ventilyasiyasız  daha uzun müd-
dətli  saxlanıla  bilər.  Yüksək  dağlıq  ərazilərdə  qışda  xarici 
temperatur  -20
º
C, küləyin sürəti 2-1 m/san olduğundan ventil-
yasiyasız  saxlanma  müddəti  72  saat,  küləyin  sürəti  5-6  m/san 
olduqda 90 saata qədər təşkil  edir.  Xarici  temperatur +10
º
C-
dən +20
º
C-dək, küləyin sürəti 0-3 m/san olduqda ventilyasiya-
sız saxlanma müddəti 24 saata qədərdir. Tikilidə ventilyasiya-
nın  tətbiqi  üçün  heyvanların  bədən  temperaturunun  1-1,5
º



 
111 
yüksəlməsi və karbon qazının miqdarının 5%-i ötməsi həyəcan 
siqnalı  rolunu  oynayır.  Ona  görə  də  tikili  daxilində  müxtəlif 
yerlərdə  olan  3-5  heyvanın  temperaturu  ölçülməsi  ilə  proses 
nəzarətdə  saxlanılır.  Karbon  qazının  havadakı  miqdarı  5,6%-i 
keçdikdə  isə  yandırılan  kibrit  dərhal  sönür.  Bu  halda  tikilinin 
ventilyasiya  borusu  (ətrafdakı  radiasiya  səviyyəsi  imkan  ver-
dikdə pəncərə) dərhal açılır. Nüvə partlayışlarının gücündən və 
tikilinin  partlayış  mərkəzindən  olan  məsafəsindən  asılı  olaraq 
radioaktiv  tozların  torpağa  köçməsi  və  nüvə  buludunun  tikili 
ərazisinin  tərk  etməsindən  sonra  küləyin  istiqamətində  olan 
pəncərələr və ventilyasiya borusu açılır. Bu zaman ventilyasiya 
borusu  ilə  radioaktiv  tozların  tikiliyə  daxil  olması  heyvanlar 
üçün təhlükəli hesab edilmir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin