______________Milli Kitabxana_____________
137
fikrə gələ bilmirlər. Hökmdar kahin maşmaşı Uruku itaət altına
almağa göndərir. Kahin Uruka gəlir, müqəddəs pəyəyə girib inək
və keçini dilə tutur ki, onlar ziyafət şərəfinə süd və qaymaq
verməsinlər. Uruk viran vəziyyətə düşür. Belə halda Nidaba
ilahəsinin iki çobanı maşmaşı tutub öldürür, meyitini çaya atırlar.
Aratta hökmdarı əlacsız qalıb Enmerkarın yanına qasid göndərir:
«Ey sən, İnannanın istəklisi, təkcə sən şöhrətə layiqsən... Aşağı
torpaqlardan yuxarıya kimi sən yeganə hökmdarsan, mən isə sənin
arxanla gedirəm. Ana bətnində belə mən sənə tay deyildim, sən
mənim «böyük qardaşımsan». Mən heç bir zaman sənə tay ola
bilmərəm». Dastan Arattanın Urukdan asılı vəziyyətə
düşməsindən bəhs edir.
Digər bir dastan «Luqalbanda və Enmerkar» adlanır. Burada
Aratta Şumerin müttəfiqi kimi qələmə verilmiş və ora İnannanın
məskəni kimi qeyd olunmuşdu. Dastanda Luqabandanın uzaq bir
ölkəyə düşməsindən və İmduqud quşunun köməyi ilə Uruka
qayıtmasından bəhs olunur. Bu zaman martu (sami) tayfaları
İkiçayarasına basqınlar edirdilər, artıq Uruku mühasirəyə
almışdılar. Enmerkar Arattaya yardım üçün xəbər göndərmək
istəyirdi, orada məskən salmış ilahə İnannanın bu işlərdən xali
etmək istəyirdi. Lakin bu tapşırığın öhdəsindən gəlmək iqtidarında
olan mahir adam tapılmırdı. Luqalbanda bu tapşırığı öz boynuna
götürdü. Enmerkar şərt qoyur ki, Luqalbanda bu yola tək çıxsın.
Luqalbanda yeddi dağ silsiləsini keçib Arattaya çatır. İnanna ona
qulaq asır və Uruku mühasirədən xilas etmək üçün məsləhətlər
verir.
Dastanlardan biri «Luqalbanda və Hurrum»
adlandırılmışdır. Dastanda Enmerkarın Arattaya səfərindən bəhs
edilir. Ermerkar bu ölkəni işğal etmək məqsədilə ordu toplayır.
Orduya səkkiz başçı təyin edir. Başçılardan biri də Luqalbanda
idi. Onlar Hurrum dağlarına çatırlar. Burada Luqalbanda
xəstələnir. Onu ölmüş bilib, Hurrum dağına qoyurlar. Onun
meyitini Uruka Arattadan qayıdanda aparmaq qərarına gəlirlər.
Lakin iki gündən sonra Luqalbanda özünə gəlir. O, allahlardan
(Utu, İnanna, Sin) kömək diləyir. Ona «həyat yemi» və «həyat
suyu» verirlər. Luqalbanda sağalır. O, vəhşi heyvanlar ovlayır və
|