______________Milli Kitabxana_____________
213
QƏDİM AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
Müəyyən edilib ki, Azərbaycanda ibtidai icma quruluşu
artıq 1.5 mln il qabaq yaranıb, yəni Azərbaycan dünyada ən qədim
mədəniyyət ocaqlarından biridir. Bütövlükdə ibtidai icma dövrü 3
dövrə - daş, tunc və dəmir dövrlərinə ayrılır. İbtidai insanların ən
qədim məskənləri Qarabağ, Qazax, Naxçıvan, Kəlbəcər, Lerik və
Yardımlıda aşkar edilib.
Qarabağda bunlar Azıx, Tağlar, Kəlbəcərdə - Zar mağara
məskənləri, Qazaxda - Daşsalahlı və Damcılı, Naxçıvanda -
Qazma, Lerikdə Buzeyir mağaralarıdır.
Fizuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx
mağarasında alt paleolit (2.5-2.0 mln il-100 min il) yaxşı
öyrənilmişdir. Burada ən dərin laylarda Olduvay çınqıl alətlərinə
oxşar çaylaqdan düzəldilmiş alətlər tapılmışdır. Bunlar universal
alətlər idi. Onlarla kəsir, çapır və digər işlər görürdülər. Bu
mağara məskənini Məmmədəli Hüseynov kəşf edib və uzun illər
boyu tədqiq edib. Azıx tapıntıları əsasında Azərbaycanda yaşı 1.5
mln il olan qədim Quruçay arxeoloji mədəniyyətinin mövcudluğu
əsaslandırılmışdır.
Min illər ötdü, kobud əl çapacaqları, sonralar isə nacaq,
bıçaq, ərsin, biz kimi forma və təyinatına görə müxtəlif alətlər
meydana çıxdı. Onları nukleusdan - iri daş özəyindən
qopardırdılar.
Daş alətlərlə yanaşı ov obyekti olan çoxdan nəsli kəsilmiş
heyvanların sümükləri tapılmışdır. Əsas məşğuliyyət növü
yığıcılıq və ovçuluq idi. Həyat insanları kollektivlərdə birləşməyə
məcbur edirdi. Bunlar ibtidai insan sürüsü və ya ilk icma adlanan
qeyri-sabit birliklər idi. Azıxda yaşı 700 min il olan ocağın izləri
aşkar edilib. 1968-ci ildə Azıxda yaşı 350-400 min il olan ibtidai
insanın (azıxantrop) alt çənəsinin fraqmenti tapılıb. Bu, dünyada
qədimliyinə görə dördüncü olan ibtidai insan fraqmentidir.
Beləliklə, Azərbaycan ərazisi ibtidai insanın formalaşdığı qurşağa
daxildir.
Azıxantrop tədricən tikinti vərdişləri qazandı, onda dini
təsəvvürlər əmələ gəldi (üzərində xüsusi nişanlar olan ayı kəllələri
tapılıb), ibtidai incəsənət yarandı. Alt paleolitin sonunda çaxmaq