______________Milli Kitabxana_____________
24
ünsürlərindən birinə çevrilmişdir, hər bir müasir dini kult
sehrbazlıq hərəkətlərinin (ayinlər, sirlər, ibadətlər və s.) müəyyən
sistemini özündə birləşdirir. Sehrbazlığın ovsunlamaq, falçılıq,
qabaqcadan xəbər vermə, «bəd nəzər», caduya inam, «bağlamaq»
və s. kimi qalıqları indi də məişətdə qalmaqdadır.
İbtidai cəmiyyətlərdə geniş yayılmış etiqad formalarından
biri də fetişizm hesab olunur. Fetişizm (fransızca fetiche - büt,
tilsim deməkdir) müxtəlif maddi əşyaların fövqəltəbii xassələrinə
etiqad olunmasına deyilir. İbtidai insanın müxtəlif əşyalardan,
məsələn, daşlardan, ağaclardan, sonralar isə amuletlərdən
(gözmuncuğularından, dualardan və s.), bütlərdən və s. fövqəltəbii
kömək almaq ümidi fetişizmdə əks olunurdu. İbtidai cəmiyyətdə
yaşamaq taleyinə düşən insanın praktiki fəaliyyətinin inkişaf
etməsi və onun dərketmə imkanlarının məhdudluğu fetişizmin ilk
mənbələri olmuşdur. İbtidai dövrlərdə fetiş öz-özlüyündə real
mövcud olan predmet kimi pərəstiş obyekti olmuşdur. Sonralar isə
onda «məskunlaşan» gizli fövqəltəbii qüvvə haqqında təsəvvürlər
meydana çıxır. Fetişizm dini pərəstişin zəruri komponentidir.
Möcüzəli ikonalara, xaça, quru cəsədlərə, «müqəddəs yerlərə
pərəstiş edilməsi, tilsimlərin, amuletlərin, boyundan asılan
xaçların və s. möcüzələr doğurduğuna etiqad edilməsi müasir dini
praktikada fetişizmin daha xarakterik təzahürləridir.
Cəlbedici predmetlər, gözəl görünən, eləcə də çirkin
görünən şeylər fetişə çevrilə bilər. Predmet-əşya forması kimi
fetişizm Qərbi Afrikada çox yaxşı saxlanılmışdır. Burada fetişlər
hər yerdə nəzərə çarpır. Ən geniş surətdə yayılmış canlı fetişlər
ilan (əjdaha) və qarğadır. Farslarda it və xoruz, Skandinaviyada
ayı və canavar, Yunanıstanda - bayquş və s. fetiş sayılır. Canlı
fetişlər qəbilə üzvləri üçün eyniləşdirici başlanğıcı ifadə etmirdi,
onları eyni hesab etmək olmazdı. Onlar ya totemizmin
özünəməxsus qalıqları, yaxud da güclü, müstəqil ruhların
daşıyıcıları idi. Bəzi hallarda qəbilə üzvləri onlardan yararlana
bilərdi. Ona görə də bir xalqın bir neçə canlı fetişi olurdu.
Məsələn, Qədim Misirdə hər bir icma özünün canlı fetişinə malik
idi. Ümummilli fetiş-müqəddəs öküz Apis olsa da, regional və
yerli fetişlər də mövcud idi. Fivada - qoyun, Memfisdə - keçi,
|