______________Milli Kitabxana_____________
315
digər dərəcədə əksini tapsa da, brəhmənizmdə daha geniş şəkildə
əks olunmuşdur.
Bu din öyrədirdi ki, vedizm dini allahları ilə yanaşı ən ali
mütləq olan yaradıcı Brəhmən allahı mövcuddur. Onun
hissələrindən ibarət olan bütün canlı varlıqların ölməz ruhları
onunla qovuşmağa can atmalıdır. Bu məqsədə çatmaq üçün ruhun
köçürülməsinin sonsuz sırası durur. Bu ruh da bitkilərdən və
heyvanlardan tutmuş brəhmənlərə, padşahlara və hətta səma
sakinlərinə qədər müxtəlif formalarda zühur edə bilər. Ruhun hər
bir yeni doğulmasının forması insanın özündən, onun sağlığındakı
əməllərindən (karma qanunu), onun möminliyinin dərəcəsindən
asılıdır. Brəhmənlərə sözsüz tabeçilik, hakimiyyətin
ilahiləşdirilməsi, öz varnasının drahmasını yerinə yetirmək, bu
varna tərəfindən müəyyən edilmiş ayinlərə əməl edilməsi
brəhmənizmə görə, ən mühüm fəzilətlər, xeyirxahlıqlar hesab
olunurdu. Bu göstərişlərin yerinə yetirilməsi guya ruhun yeni,
daha yaxşı köçürülməsinə səbəb olur, dharmanın tələblərinin
pozulması isə yeni bədbəxt hadisələrə, pozulmalara gətirib
çıxarmışdır. Brəhmənlərin təlimi onların müqəddəs varlıqlar
sifətində qəbul edilərək hakim təbəqə mövqeyini qoruyub
saxlamağa xidmət etmişdir. Bütövlükdə isə hinduizm mifologiyası
brəhmənizm mifologiyasından bəhrələnmişdir. Brəhmənizm isə
özlüyündə Vedlərdən qidalanmışdır. Vedlər dini, yaxud Vedizm
Hindistan əhalisinin xeyli hissəsinin e.ə. II-I minilliyin
əvvəllərində təşəkkül tapmış və müqəddəs mətnlər külliyyatları
olan Vedlərdə (hərfi - bilik) yazılı şəkildə tərtib olunmuş dini
etiqad və ayinlərdir. Vedlər ən qədim himnlərdən, dualardan,
qurbanlıq qaydalarından və cadularından ibarət olan 4
külliyyatdan (samhidlərdən) - Riqveda, Yacurveda, Samaveda və
Atharvavedadan ibarətdir. Vedizm dininin allahları ilk vaxtlar
təbiət qüvvələrinin və hadisələrinin antropomorf şəkildə
canlandırılmasından ibarətdir. Aqni - od allahı, İndra - atmosfer,
yağış və tufan allahı, Surya - Günəş allahı, Dyaus (Varuna) - göy
allahı, Soma - Ay və məstedici içki allahı, Vritra - quraqlıq allahı
və s. İbtidai cəmiyyətin dağılması, sinfi cəmiyyətə keçid,
dövlətlərin meydana gəlməsi ilə adları çəkilən allahların da
|