______________Milli Kitabxana_____________
317
Hindistan dialektlərini birləşdirən dilə malik olub əhalinin daha
geniş təbəqələrini əhatə edir. Cəmiyyətin bu təbəqələri sosial
mülkiyyət və etnik münasibət cəhətdən bir-birindən köklü surətdə
fərqlənən təbəqələr olmuşdur. Vedizm və hinduizm mifologiyaları
bir sıra personajları və süjetləri götürən, mənimsəyən Buddizm öz
dini-fəlsəfi prinsiplərinə müvafiq olaraq mifologiyaya məhdud,
ikinci dərəcəli yer vermiş, öz tərkibinə mifoloji təbəqəni daxil
etməyə isə yüksək nəzəriyyə və xalq etiqadları arasında bir növ
kompromis kimi baxmışdır.
Hind mifologiyasının səciyyəvi cəhətlərindən biri onun
müxtəlif təcəssümlərinin (vedizm, hinduizm, brəhmənizm,
buddizm və s.) olmasında deyil, onların məkan və zamanda yanaşı
mövcudluğu və mifoloji sistemlərin üzvi şəkildə varisliyindədir.
Çox zaman Hind mifologiyası vahid mifoloji sistem kimi təqdim
olunur və onun komponentlərinin mövcudluğu ikinci dərəcəli bir
hal kimi verilir.
Ən qədim dövrlərdən Hindistanda zəngin və spesifik elm
inkişaf etmişdir. Hələ e.ə. III minilliyin ortalarında yazı meydana
çıxmışdır. Metalın işlənməsi, təbabət, həndəsə, şahmatın kəşfi və
s. Hindistanda mədəniyyətin tarixi qədimliyini bir daha sübut edir.
Bu dövrdə Hind alimləri onluq hesab sistemini kəşf etmişdir.
Triqonometriya, hesab, cəbrin nailiyyətləri, yerin şar şəklində
olması, ayların 12, ayın 30 gün və s. kəşflər də hindlilərə
məxsusdur.
II-I minilliklərdə Ved ədəbiyyatı, «Mahabharata»
ensiklopedik əsəri, qədim Hind dramaturgiyası «Kalidasa», dini
ədəbiyyat, Buddanın həyatının «təsviri» geniş yayılmışdır. Musiqi
Hindistanın mədəniyyətinin ayrılmaz bir hissəsidir. Rəssamlıq,
məbədlərin tikintisi, təsviri sənət, din fəlsəfəsi, fəlsəfi məktəblər
də Qədim Hind mədəniyyətinin mühüm elementləridir.
Qədim Hindistanın maddi və mənəvi mədəniyyəti dünya
sivilizasiyası tarixində mühüm yer tutur.
|