______________Milli Kitabxana_____________
104
başlarında tac, qiymətli paltarlarda ilahilik əlaməti olaraq baş
geyimlərində iki, yaxud üç öküz buynuzu sancılmış halda təsvir
olunurdular. Allahlar əllərində öz hakimiyyətinin simvolunu
tuturdular. Marduk - üzük əsa, Eya - su allahı kimi su doldurulmuş
qab tuturdu. Quldarlıq cəmiyyətinin ideologiyasında qədim
xalqların mifoloji təfəkkür tərzini müəyyən edən dini təsəvvürlər
böyük rol oynamışdır. Din həmin dünyanın ümumi nəzəriyyəsi,
məntiqi olmuşdur. Qədim Mesopotamiya dininin əsasında ilkin
əkinçilik icmalarının qədim ilahəsinin kultları dururdu. Həmin
dövr üçün totemizm, təbiətin yaradıcı qüvvələrinin
ilahiləşdirilməsi səciyyəvi olmuşdur.
Qədim Şərq və ayrıca götürülmüş Mesopotamiya dini üçün
səciyyəvi olan cəhət politeizm - çoxallahlılıq olmuşdur. Şumer
dinində bu özünü daha aydın şəkildə göstərir. Şumer miflərinə
görə, bütün allahlar ilkin okean ilahəsi Namuddan yaranmışdır.
Bütün yerdə qalan allahlar Anu və Kinin nikahından meydana
gəlmişdir. Sonrakı Semit dilli xalqlar - Akkadlar, Amoreylər,
Xaldeylər və başqaları Şumer dinlərindən çox şey götürmüşlər.
Mesopotamiya xalqlarının mifləri, xüsusilə dünya daşqını, cənnət
həyatı, axirət dünyası, ölüm və dirilmə haqqında olan miflər kiçik
Asiya xalqlarının dini görüşlərinə və Bibliya mifoloji
ədəbiyyatının formalaşmasına əhəmiyyətli dərəcədə təsir
göstərmişdir.
Qədim dünyanın adamlarında allahlara müxtəlif baxışlar
hökm sürürdü. Bəzi hökmdarlar qələbə çaldıqları ölkələrin
allahlarının heykəllərini də özləri ilə aparırdılar ki, onlar qalibləri
himayə etsinlər. Bəzən qalib xalq məğlub xalqın heykəl və
bütlərini uçururdu ki, onlar allahlardan kömək almasınlar. Bəzən
allah heykəllərini kömək üçün digər ölkələrə də göndərirdilər.
Məsələn, Mittaniya padşahı Nineviyadan Misirə xəstələnmiş
firona İştarın heykəlini göndərmişdi ki, hökmdarı müalicə etsin.
Allahları insan simasında təsəvvürünə gətirən qədim insanlar
onlara insani keyfiyyətləri də aid edirdilər. Allahlar ölməz olsalar
da, hər halda onlar ölürdülər və onları həyat suyu vasitəsilə
diriltmək lazım gəlirdi. Bütün canlılar kimi onların da yeməyə,
paltara ehtiyacı olduğunu göstərirdilər. Utnapişti və onun
|